Previous Next
Bağla

Kaspersky İşdə oynaya biləcəyiniz yeni interaktiv kvestini təqdim edib

11-02-2022 11:49
Kaspersky İşdə oynaya biləcəyiniz yeni interaktiv kvestini təqdim edib

Kaspersky tam yeni olan bir məhsulunu təqdim edib - mobil kibertəhlükəsizlik kvesti olan [Dis]connected. Bu, kibertəhlükəsizlik davranışı bacarıqlarını inkişaf etdirməyə imkan verən interaktiv vizual novella janrında bir macəradır. Oyun ənənəvi korporativ rəqəmsal savadlılıq təlimləri xəttini tamamlayır. O, milli təhsil və media layihələrinə inteqrasiya oluna bilər.

Kaspersky-nin sorğusuna görə dünya üzrə iri müəssisələrin təxminən 50%-i mütəmadi olaraq işçiləri üçün kibertəhlükəsizlik üzrə təlimlər keçirir. Lakin ənənəvi tədris formatları həmişə effektiv olmur. Onlar çox vaxt darıxdırıcı bir tapşırıq kimi qəbul edilir. Bir çox təlim iştirakçıları kibertəhlükəsizlik məsələlərinin onların həyatına nə dərəcədə aid olduğunu anlamır. Nəticədə insanlar hətta təlimi bitirdikdən sonra belə əksər hallarda köhnə vərdişlərinə əməl etməyə davam edir və əldə etdikləri biliklərdən heç bir şəkildə istifadə etmirlər. Oyunçu (gamer) texnologiyaları daha effektiv vasitədir, çünki rəhbərin video oyun oynamaq təklifi vebinar və ya kurslara dəvətdən daha cəlbedici görünür.

Kaspersky-nin mobil kvesti insanı gələcəyə kökləyir - burada ağıllı köməkçilər səhər yeməyi hazırlamağa kömək edir və insan bədəninə yerləşdirilmiş çiplər və sualtı evlər isə adi haldır. Oyunun məqsədi iş və şəxsi həyat arasında tarazlıq tapmaq, həm karyerada, həm də münasibətlərdə uğur qazanmaqdır. Hekayənin baş qəhrəmanı olan iştirakçı protez istehsal edən zavodda işləyir. Bu zavod rəqib bir müəssisə tərəfindən alınmaq üzrədir, artıq sövdələşmə gedir. Bunun nə dərəcədə uğurlu olacağı oyunçudan asılıdır. Oyun zamanı o, həmkarları ilə yaxşı münasibət saxlamağa və məhsuldar qalmağa çalışmalı, həmçinin birlikdə az vaxt keçirdikləri üçün əsəbiləşən tərəfdaşından ayrı qalmaqdan yayınmalıdır. Hər bir addım digərləri ilə bir-birinə bağlıdır. Məsələn, həmkarınızla münaqişə səbəbindən layihədəki mühüm dəyişiklikləri öyrənə bilməzsiniz və çox danışırsınızsa, işin son təhvil tarixini qaçıra bilərsiniz.

Kibertəhlükəsizlik elementləri də oyuna daxil edilib. Onlar məqsədlərə çatmağa təsir göstərirlər. Məsələn, orqanizminizə daxil edilmiş çipi vaxtında yeniləməsəniz, layihəni vaxtında bitirə bilməyəcəksiniz. Bütün oyun boyunca şifrələr, hesablar, e-poçt, brauzer, sosial şəbəkələr və messencerlər, kompüter və mobil təhlükəsizliklə bağlı 24 qərar qəbul etməli olacaqsınız. Yekun nəticə qəbul edilən qərarların cəmindən asılıdır. Sonda iştirakçı şəxsi və iş problemlərinin həllinin öhdəsindən nə dərəcədə yaxşı gəlməsi, həmçinin kibertəhlükələrə necə tab gətirə bilməsi üzrə qiymətləndirilir.

Oyun bir saatdan bir qədər çox davam edir və məlumatın mənimsənilməsini asanlaşdırmaq üçün on dəqiqədən çox olmayan bir neçə bloka bölünür.

[Dis]connected kibersavadlılıq kursunu tamamlamaq üçün əla seçimdir. Onun köməyi ilə siz əldə etdiyiniz bilikləri ümumiləşdirib təcrübi olaraq tətbiq edə bilərsiniz.

“[Dis]connected hər gün verdiyimiz qərarlar, qarşımızda duran dilemmalar haqqında bir oyundur. Müasir texnologiyalar bizə bir çox üstünlüklər verir, lakin eyni zamanda bilməli olduğumuz vacib təhlükəsizlik riskləri də var. Bizim yeni kvestimiz təkcə innovasiyalardan ehtiyatla istifadə etməyi öyrənməyə deyil, həm də informasiya təhlükəsizliyinin əslində həyatımıza nə qədər daxil olduğunu daha yaxşı anlamağa kömək edəcək”, – Kaspersky Academy-nin rəhbəri Denis Barinov bildirib.

“Şirkət işçiləri arasında rəqəmsal savadlılığın əhəmiyyəti barədə söhbətlərin hər yerdə getdiyinə baxmayaraq, biliyin bu aspekti hələ də bir çox təşkilatlar üçün zəif bənd olaraq qalır”, - Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov əlavə edib. “Təcrübəmiz göstərir ki, materialın ənənəvi formal təlimdən fərqli olaraq oyun formatında təqdimatı işçilərdə maraq oyatmağa və dəyərli məlumatları ən asan şəkildə çatdırmağa kömək edəcək”.

Hazırda oyun yalnız korporativ müştərilər üçün mövcuddur və Android və iOS cihazları üçün versiyalar hazırdır. Pulsuz demo versiyaları AppStore və Google Play-dən yükləmək olar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky sənaye təhlükəsizliyi haqqında oyunu VR formata keçirib

05-07-2021

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022

Kaspersky və Fnatic əməkdaşlığa başlayır

02-07-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021

Kaspersky və G-Core Labs oyun startaplarını dəstəkləmək üçün müştərək proqrama başlayır

07-12-2020

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək

22-06-2020

“Kaspersky Anti-Cheat” startapı təqdim edilib

20-09-2019

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023

Kaspersky YARA qaydalarının yaradılması və istifadəsi üzrə onlayn təlimə başlayır

03-09-2020

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky Lab yeni brendinq və loqosunu təqdim etdi

07-06-2019

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020

Şirkətlər kibertəhlükələrə qarşı necə mübarizə aparmalı?

10-11-2017

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə