“Valideynlərim internetdən istifadə etməyimə qadağa qoymayıb”

11-07-2016 / 12:28

Məlumat verdiyimiz kimi, ölkədə keçirilən XXVI Respublika İnformatika Olimpiadasının qalibləri açıqlandı.

Builki qaliblar arasında Emil Əlizadə də var.

Qeyd edək ki, Emil Əlizadə Buzovna qəsəbəsində yerləşən 206 saylı orta məktəbin VIII sinif  şagirdidir.

O, XXVI Respublika İnformatika Olimpiadasında 3-cü yerə layiq görülüb.

Emil Əlizadə bu uğurunu Xeberler.az oxucuları ilə bölüşüb.

Qalibimiz deyir, İT sahəsinə, İnformatikaya elə uşaqlıqdan həvəsi olub. Ailədə İKT ilə işlə məşğul olan yaxını oluduğu üçün bu sahəyə  daha çox marağı artıb.

Emil Əlizdə bildirib ki,  daha sonra öz biliklərini  məktəbdə və  bəzi fərdi kurslarda artırmağa başlayıb. Ona bu sahədə özünü inkişaf etdirməyə internetdəki məlumatların da böyük yardımı olub.

Məktəb direktorunun tövsiyəsi ilə XXVI Respublika İnformatika Olimpiadasına qatılan Emil Əlizadə  3-cu yerə  layiq görülüb:

“Direktorumuzun dəstəyi  ilə olimpiadaya qatıldım və çoxlu məşğul olaraq 3-cü yerə layiq görüldüm. Olimpiadaya 7 ay hazırlaşmışdım. Mövzu dinamik proqramlaşdırma nəzəriyyəsindən idi. Etiraf edim ki, üzərimdə çox işləməşdim, ona görə də olimpiada zamanı elə də çətinlik çəkmədim”.

Şagirdimiz deyir ki, məktəbləri şəhərdən kənarda yerləşsə də,  məktəbin İT təminatı  yüksək səviyyədə təşkil edilib və o, praktik işləri rahatlıqla məktəbdə edə bilir.

Emil Əlizadənin sözlərinə görə, evdə də  kompüterlə işləmək üçün imkan yaradılıb və ona görə də özünü inkişaf etdirə bilir:

“Ailəm də internetdən və kompüterdən istifadə ilə bağlı mənə qadağalar tətbiq etməyib. Onlar həmişə mənə dəstək verir. Bu da məni daha  çox uğur qazanmağa həvəsləndirir. Olimpiadada 3-cü yerə layiq görüləndə hər kəs məni təbrik etdi və bunun böyük uğur olduğunu dedi. Bütün bunlar mənə növbəti uğur üçün motivasiyadır”.

Emil Əlizadə bildirib ki,  sosial şəbəkələrdən ən çox Facebook-dan istifadə edir və daimi öz informasiya  təhlükəsizliyini qoruyur.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə