“Ağıllı” ev qurğularında ixtisaslaşan “Ring” şirkəti (Amazona məxsusdur) otaq daxilində uçan kompakt şəkilli yeni ev kamerası təqdim edib.
Xeberler.az xarici saytlara istinadən bildirir ki, “Always Home Cam” adlı qurğunun 2021-ci ildə 250 dollara satışa çıxarılması nəzərdə tutulur. Şirkət nümayəndələri bildirib ki, kamera dron iki il ərzində hazırlanıb və qurğunun yaradılması prosesi çətin olub.
Məlumata görə, kameranın funksionalı ona avtonom rejimdə işləməyə imkan verir. İlkin quraşdırma zamanı “Always Home Cam” uçuş üçün evin virtual xəritəsini yaradır. İstifadəçi dronu evdə “Ring” təhlükəsizlik sistemi işə düşən zaman onun havaya qalxması üçün quraşdıra bilər. Bundan başqa, dronun bu və ya digər otağa baxması üçün ona smartfon vasitəsilə komanda verərək istənilən vaxt havaya qaldırmaq mümkündür. Bu halda kamera görüntünü smartfona translyasiya edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri