Previous Next
Bağla
REKLAM YERİ

Mobil operatorlardan narazı olan məşhurlar-Siyahı

18-01-2018 23:16
Mobil operatorlardan narazı olan məşhurlar-Siyahı

Azərbaycanda mobil operatorlardan şikayətlərin sayı azalmaq bilmir. Mobil nömrəsinin özündən xəbərsiz hansısa kampaniyaya abunə edilməsindən şikayətlənən kim, lazımsız SMS-lər göndərilməsindən şikayətlənən kim...

Müxtəlif vaxtlarda mobil operatorlardan narazılıqlarını bildirənlər arasında müğənnilər, millət vəkilləri, ictimai xadimlər, ziyalılar da az olmayıb. "Yeniavaz.com" saytı mobil operatorlardan narazı qalan məşhurların siyahısını və onların bu gün də aktual olan fikirlərini ixtisarla təqdim edir.

Millət vəkili Çingiz Qənizadə: "Əvvələr ölkə ərazisində normal işləyən mobil operator Azercell idi. Amma indi bu mobil operatorun abunəçisi kimi deyə bilərəm ki, danışan zaman tez-tez tutulmalar olur. Hesab edirəm ki, artıq "Azercell" liderlik şansını əldən vermək riski ilə üz-üzədir. Mobil operatorların danışıq qiyməti aşağı salınmalı, insanlara icazəsiz hər hansı bir formada ismarışlar göndərilməməlidir. Mobil operatorların abunəçilərinin sayı artdıqca ötürücülük qabiliyyəti də itirilir. Mobil operatorlar ötürücülük qabiliyyətini yüksək tənzimləyən qurğuların alınmasına maraqlı olmadırlar.

Mobil operatorların xidməti məni heç vaxt qane etməyib. Bu sahədə qiymətlər çox yüksəkdir. Dəfələrlə nazirlik bəyan edib ki, qiymətlər aşağı salınacaq. Amma çox təəssüf ki, hələ də bu baş verməyib. İcazəsiz olaraq insanlara müəyyən ismarış göndərilir".

Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi işləmiş Rəbiyyə Zərdabi: "Balansımdakı 26 manat iki günün içində yoxa cıxıb. Zəng vururam, başa sala bilmirlər. Bakcell-in müştəri xidmətlərinə də getmişəm bu problemlə bağlı. Aydınlıq gətirə bilmədilər. Verdikləri cavab məni qane eləmir. Naviqasiya xidmətinə qoşublar sizin nömrənizi deyirlər. Qoşulmamışam, qoşulduğum haqqında bir mesaj göstərin deyirəm. Velosipedim də yoxdur, neynirəm noviqatoru. Gündə 2 manat balansımdan çıxırsan. "Haramları olsun o pullar... O balansdakı pulu mənə dostlarım yollayırlar. Dələduzluq baş alıb gedir. Cavab da verə bilmirlər. Nə deyirəm susurlar".

Millət vəkili Fazil Mustafa: "Məscidlər peşəkar şəkildə nəzir yığa bilmirlər. Bu işi bəlkə də ən yüksək peşəkarlıqla görən iki şirkət tanıyıram. Fikrimcə, bunlar Azərcell və Bakcell-dir. Dostuma vətəndaşın necə soyulduğunu sübut etmək üçün zəng vurdum. Üç dəfə nömrəni yığdım, hər dəfə də nömrənin şəbəkə xaricində olduğunu bildirdilər. Yanımda oturan adama da qətiyyən bu üç zəngdən biri də gəlmədi. Elə bu zaman telefonuma mesaj gəldi ki, bəs indicə yığdığım nömrə şəbəkəyə qayıtdı. Hər gün yüz minlərlə müştəri üçün təkrarlanan bu qurğu nəticəsində baş verən soyğunçuluq barədə əvvəllər də fikir bildirmişdim. Yaxud da Bakcell-in müştərinin iradəsinə zidd olaraq göndərdyi ödənişli mesajlar. İndi düşünürəm ki, bunlar əslində müasir texnologiyanın imkanlarından istifadə edərək modern formada nəzir yığmaqdır. Bu cür elektron nəzir formasını qoyub, gedib yapışıblar bəsit formada hazırlanan dəmir nəzir qutularından. Həm də Azərcell və Bakcell-in yığdığı nəzirin ən sevindirici cəhəti bilirsinizmi nədir? Tolerantlıq və bərabərlik! Təsəvvür edin ki, bir məsciddə nəzir ancaq müsəlmanların vəsaiti hesabına yığılır, həm də cüzi miqdarda. Ancaq Bakcell və Azərcell tərəfindən elektron formada yığılan nəzir tam da tolerantlıq ənənəmizə uyğundur. Burada fərq qoyulmur, müsəlmansan, xristiansan ya buddustsən, yaxud da, azərbaycanlısan və ya başqa millətsən, əgər mobil operatorun müştərisisənsə, bərabər şəkildə öz nəzirini ödəməlisən".

Millət vəkili Elmira Axundova: "Telefonuma hər gün 20-dən çox spam reklam mətnləri gəlir. Təkcə bir gün ərzində müxtəlif şirkətlərdən mesajlar gəlir. Hamısının da məqsədi insanları aldatmaq, mənasız oyunlara cəlb etməkdir. Bu mesajları açanda balansdan məbləğ silinir. Nəzərə alsaq ki, bir ailədə 5-6 mobil telefon var, büdcəyə kifayət qədər ziyan dəydiyini söyləmək olar. Bu hallar daha çox Bakcell-də müşahidə olunur. Abunəçi istəyi olmadan ona hansısa reklam mesajının göndərilməsi qadağan olunmalıdır".

"Konstitutsiya" Araşdırmalar Forumunun prezidenti Əliməmməd Nuriyev: "Yazılı və ya şifahi ədəbiyyatımızda səhvlərdən nəticə çıxarmaq böyükdük əlaməti sayılıb. Amma görünən odur ki, cəmiyyətdə özünə mənfi imic formalaşdırmaqda davam edən mobil operatorlar səhvlərini nəinki düzəltməyə, əksinə, bu arzuolunmaz əməllərini davam etdirməkdədir. Bunu isə, özbaşınalıq kimi qiymətləndirirəm. Bunun aradan qaldırılması üçün dövlət qurumlarının, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ciddi tədbirlər görməsi zəruridir".

Müğənni Nuri Suri: "Zəng etmək olmur heç yerə. Azercell kimi ..... şirkət yoxdur".

Bir neçə il öncə müğənni Röya Ayxan baş prokuror Zakir Qaralova müraciət edərək, ifa etdiyi mahnıların onun razılığı olmadan mobil operatorlar tərəfindən "Zəngimcell" xidmətlərində istifadə olunmasından şikayətlənmişdi: "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunun 15-ci (Əmlak (iqtisadi) hüquqları) maddəsinin 3-cü bəndinə əsasən, müəllif hüququm pozulub və külli miqdarda maddi və mənəvi zərər vurulub. Baş verən qanun pozuntularının aradan qaldırılmasını və aidiyyəti qurumların məsuliyyətə cəlb olunmasını xahiş edirəm".

İctimai fəal Bəxtiyar Hacıyev də mobil operatorlardan narazılığını tez-tez sosial şəbəkələrdə gündəmdə gətirənlərdən biridir: "Belçikada zəng çatmayan nömrəni yığmağıma görə 18 manat çıxmaqlarını unutmuşdum, ancaq çox oxunan və təsirli bir saytda bu barədə material hazırlandığını eşidib, səhər zəng etmişdilər ki, sizin müraciətinizi araşdırdıq-filan. Dedim araşdırma nəticəsini mənə emailə göndərin. Dedilər göndərə bilmərik, gəlin müştəri xidmətlərinə, vəsiqənizi göstərin, sizə versinlər. Gəldim, növbədə məndən öndə 2 nəfər dayansa da, 45 dəqiqədən çox (video şərhdə) gözlədim, içəridə müştərilər etiraz edir, qışqırırdılar. Nəhayət, növbə mənə çatanda, üzümə durdular ki, biz sizə deməmişik gəlin bura, yanlış məlumat verilib sizə. Dedim telefon zəngləri qeydiyyata alınır, dinləyək görək, deyilibmi? Dedilər ərizə yazın, araşdıraq. Mən də ərizə yazmaqdan onsuz da yorulduğuma görə, dedim narahat olmayın, rəhbərliyinizə kiçik bir hədiyyə və ərizə göndərərəm".

"İstehlakçı hüquqlarının pozulması adi hal alıb"

Qeyd edək ki, bu gün ekspert Osman Gündüz sosial şəbəkədəki səhifəsində mobil operatorların istehlakçı hüquqlarını pozmaları mövzusuna münasibət bildirib. Ekspert qeyd edib ki, son zamanlar rəqəmsal mühitdə istehlakçı hüquqların pozulması adi hal alıb: "Xüsusilə də mobil xidmətlər, elektron xidmətlərin göstərilməsi sahəsində istehlakçıların hüquqlarının qorunması ilə bağlı vəziyyət pisləşib. Mobil və elektron xidmətlərin keyiyyəti sahəsində istifadəçilərn maraqlarının qorunası da yetərincə təmin olunmur.

Yəni, istifadəçilərin hesablarından əsassız olaraq pulların silinməsi, istifadəçinin razılığı olmadan onun hansısa xidmətə qoşulması, "rouming" zamanı aldadılması, istifadəçinin şəxsi məlumatlarının müxtəlif şirkətlərə qanunsuz olaraq ötürülməsi, elektron formada olan xidmətlərin keyfiyyətsizliyi, haqsız rəqabət və s. bu kimi hallar artıb. Son zamanlar ölkənin mobil bazarında xüsusi çəkiyə malik "Azercell" şirkətinin də Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyi tərəfindən satın alınacağı ilə bağlı işlərin getdiyini nəzərə alsaq, (hələlik adıçəkilən tərəflər bunu təkzib etməyiblər) rəqəmsal mühitdə maraq toqquşmalarının daha da artacağını, elektron mühitdə istifadəçilərin maraqlarının qorunmasının daha da çətinləşəcəyini proqnozlaşdırmaq olar".

"Nə etməli" sualına ekspertin cavabı belə olub: "Qanunvericiliyə görə istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti cavabdehdir. Lakin müşahidələr göstərir ki bu qurum rəqəmsal mühitdə qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməkdə çətinlik çəkir. Düşünürəm ki, ölkəmizin müasir inkişaf tendensiyasını əsas götürərək, son dövrlərdə dövlət idraəetməsi sahəsində atılan addımlara uyğun olaraq bu sahədə də ciddi islahatlar aparılmalıdır. Fikrimcə, adıçəkilən qurumun vəzifə və səlahiyyətlərinə yenidən baxılması və onun müstəqil, birbaşa Prezidentə tabe ola olan dövlət qurumu olaraq fəaliyyət göstərməsi daha doğru addım olardı. Bütün mobil və elektron xidmətlərlə bağlı vətəndaşların qanuni maraqlarının qorunması üçün bu qurumda vahid bir Qaynar xətt yaratmaq çox faydalı olardı. Eyni zamanda ümumiyyətlə rəqəmsal mühitdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı ayrıca bir dövlət xidmətinin yaradılması məsələsi də nəzərdən keçirilə bilər".

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018

Qanunsuz SMS reklamlardan necə xilas olmalı?

11-10-2018

Bu gün balansa pul yükləyirsən, səhər yoxa çıxır- Operatorların fırıldağı

22-09-2017

Mobil nömrənin daşınması məsələsi niyə reallaşmır?

31-05-2013

Nazirlik və Bakcell 099 kodu ilə bağlı açıqlama verib

03-08-2019

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

Bezdirici SMS-lərdən canımız qurtaracaqmı?

16-02-2015

Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür

18-05-2015

Gələn həftə “Reklam haqqında” qanun qəbul olunacaq

04-04-2015

“Mobil nömrədaşıma” xidməti ilə bağlı məlumat bazası yaradılıb

02-06-2015

Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

27-04-2022

İstehlakçıların hüququnu qoruyan qurumun rəhbəri kim olacaq - ekspert rəyi

08-06-2018

RYTN mobil operatorlara xəbərdarlıq etdi

29-05-2015

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026

Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

06-02-2015

“Dünyada operatorlar bir abunəçi cəlb etmək üçün gecə-gündüz çalışır”

19-09-2009

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Bakcell-i seçənlərin sayı artıb

20-02-2015

Ekspert: Mobil operatorlar arasında rəqabəti necə gücləndirmək olar?

24-01-2022

Azercell –də nə baş verir ?

24-12-2017

Mobil telefon seçimində hansı məsələlərə diqqət etməliyik?

14-01-2016

SMS-reklamlar qanunla məhdudlaşdırılıb

21-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə