Ötən həftə informatikanın ləğvi ilə yadda qaldı - İcmal

29-06-2015 / 16:16

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq. 

Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 22-də  təqdim etmişdi.

Dünən bütün dünyaya səs salan, 17 gün medianın gündəmində qalan I Avropa Oyunları başa çatdı. 
Bağlanış mərasimi  Bakı Olimpiya Stadionunda baş tutdu. Şouda  Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edilib. Sonda atəşfəşanlıqla I Avropa Oyunları başa çatıb. 
İlk  Avropa Oyunları həm də müxtəlif texnologoiyalardan effektiv istiafdə olunması ilə diqqəti çəkib.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Ötən həftə İKT sahəsində bütün İnternet və sosial medianın, KİV-in marağına səbəb olan hadisə 50 məktəbdə informatika fənninin ləğv edilməsi ilə bağlı qərar oldu.
Məlum olduğu kimi, Təhsil naziri  təmayülləşmə ilə bağlı əmr imzalayıb. Nazirin 2015-ci il 8 iyun tarixli bu əmri ilə 2015-2016-cı dərs ilindən 10-11 siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı 50 məktəbin adı və bu məktəblərdə tədris olunaacaq fənlərin siyahısı təsdiq edilib. Belə ki, nazirin adı çəkilən əmrində  Texniki fənlər təmayülü nəzərdə tutulsa da  bu təmayül üzrə  nümunəvi tədris planına İnformatika fənni əlavə edilməyib. 

Nazirin əmri təhsil və İKT ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. 
Milli Məclisin regional Siyasət Komitəsinin üzvü Azər Badamov Xeberler.az-açıqlamasında, təhsil nazirinin bu qərarı ilə heç cür razı olmadığını dilə gətirib. 
Məsələ ilə bağlı daha bir münsibət Fizika-riyaziyyat elmləri namizədi, BDU-nun dosenti, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri İnformatika müəllimi Ramin Mahmudzadə bildirib. Müəllim nazirliyin bu qərarını informatikaya 4-cü hücum adlandırıb
Orta məktəb informatika dərsliklərinin həmmüəllifi, informatik.az saytının rəhbəri, respublikanın əməkdar müəllimi Naidə İsayeva xeberler.az-a açıqlamasında bildirib ki, "ümid edirəm ki, informatikanın ləğvi məsələsinə yenidən baxılacaq”.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Gündəmin diqqətini çəkən daha bir məsələ isə GSM texnologiyası nın Azərbaycanda dayandırılacağı haqqında xəbər oldu.
Bu barədə Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu ilin sonuna kimi artıq 800 MHz tezliklərinin bir hissəsi boşaldılaraq LTE şəbəkəsinin qurulmasında istifadəsi üçün operatorlara icazə veriləcək.
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Əhalinin və KİV nümayəndələrinin marağına səbəb olan daha bir qərar  İMEI kodların qeydiyyat sistemindən neqativ məqsədlə istifadə edilməsi ilə bağlı İltimas Məmmədovun açıqlaması olub. 
“Bu günlərdə Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata alınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan avadanlıqların alınması üçün üç ay vaxt verilib”, - deyə nazirin birinci müavini qeyd edib. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Nazirliklərin xidmətlərinin günü-gündən elektronlaşdığının şahidi oluruq.  Ötən həftə isə daha bir nazirlik Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayışı elektronlaşdırdı.
Dəyişikliklərə əsasən Ədliyyə Nazirliyi  bundan sonra reqlament  tək müraciətin elektron formada qəbulunu yox, elektron xidmətin nəticəsi kimi sənədlərin verilməsi qaydalarını da müəyyən edəcək. Başqa sözlə, elektron qaydada vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlər (arayış, şəhadətnamə) almaq mümkün olacaq. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

İKT sahəsində maarifləndirici addımlardan biri də Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq kitab" elektron kitabxanasının   fəaliyyətə başlamasıdır.
Kitabxana bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunan əsərləri arxivləşdirməklə yanaşı, yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatların, mətn və materialların, lüğətlərin, habelə, tədris və dərs vəsaitlərinin, eləcə də müasir və klassik bədii ədəbiyyat nümunələrinin kataloqunu və əsərləri özündə cəmləyir. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Keçdiyimiz həftə “Elektron hökumət” portalına yeni elektron xidmət inteqrasiya olundu.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidməti portal üzərindən istifadəyə verildi. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Əmlak Məsələləri Dövlət Komitəsi təqdim etdiyi elektron xidmətlərin sayını artırıb.
“Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” məzmunda 24.28-ci və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” məzmunda 24.29-cu bəndlər əlavə edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron xidmət növlərinin Siyahısı”nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.
 Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Ötən həftə daha bir maraqlı məlumat Nazirlər Kabinetinin “elektron özəlləşmə”ni reyestrə daxil etməsi ilə ydda qaldı.
Nazirlər Kabineti elektron özəlləşməni 31 iyul 2014-cü il tarixli qərarı ilə tətbiq edib. Bu, başa çatmamış tikinti obyektlərinin özəlləşməsi, dövlətin tikdiyi yaşayış binalarında qeyri-yaşayış sahələri əldə etmək, kiçik müəssisələrin özəlləşdirilməsi, daşınmaz əmlaka qeydiyyat hüququ sənədi almaq üçün elektron ərizə verməyə şərait yaradıb. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

 RYTN yanında TexnoPark  maraqalananlar üçün proqramlaşdrıma ilə bağlı Təlimlərə başlayacağını elan edib.  TexnoParkda İKT sektorundakı ehtiyaca uyğun real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən “Code Academy” İKT -ə aid dərslər keçiriləcək.

Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Daha bir beynəlxalq tədbirdə ASAN xidmət təltif olunub.
Tədbirin məqsədi ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərinin təqdim edilməsidir. BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülən ASAN xidmət-in təcrübəsini paylaşmaq məqsədilə  VXSI Dövlət Agentliyinin sədri İnam Kərimov Forumun açılış mərasimində çıxış edib. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

Sosial mediada aparılan sorğu nəticəsində Avropa Oyunlarını ən yaxşı işıqlandıran yerli kanalların adları açıqlandı.
Sosial şəbəkə istifadəçilərinin səsverməsinə əsasən ən geniş və ən yaxşı işıqlandıran kanal kimi "İdman Azərbaycan"ı göstərib.  
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

İKT üzrə təşkil olunan tədbirlərdən biri də Samux rayonunda İKT və İnformasiya Təhlükəsizliyi üzrə forumdur.
Samuxda müasir texnologiyalardan istifadənin genişləndiyi, rayonda bütün dövlət müəssisələrinin, 20-ə yaxın məktəbin genişzolaqlı İnternet şəbəkəsinə qoşulub. İki gün davam edən forumun sonunda  iştirakçılara sertifikatlar təqdim olunub. 
Daha ətraflı məlumatı buradan ala bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə