Previous Next
Bağla

Ekspert: “Kəndlərə optika” dövlət proqramını hazırlamasına ehtiyac var

17-08-2020 16:10
Ekspert: “Kəndlərə optika” dövlət proqramını hazırlamasına ehtiyac var
Xeberler.az bildirir ki, hazırda təhsil müəssisələrinin açılması, təhsilin hansı formada keçiriləcəyi gündəmdədir. Məsələ ilə bağlı bir sıra təkliflər planı da hazırlanıb.

Bəs nə üçün məktəblərin açılması, təhsilin təşkili problemə çevrilib ?
 
İndiki anda TN keyfiyyətli interneti və kompüterləri haradan əldə edə bilər ?
 
Təhsil Nazirliyi, NRYTN təhsilin təşkili üçün indiki anda hansı addımları ata bilər ?
 
Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sadalanan suallara aydınlıq gətirib: 
 
"Ölkələrin bir çoxu artıq bununla bağlı qərarlarını veriblər. Əsasən Distant və Hibrid (Əyani + Distant) formada təhsilin təşkili üzərində dayanıblar. Hər iki halda tədrisin təşkili üçün texnoloji platforma və texniki –texnoloji avadanlıqlar zəruri şərtdir.
 
Yəni hər iki təhsil forması üçün keyfiyyətli İnternet əlçatan olmalı, təhsil alan və təhsil verənlərin kompüterlərlə təminatı olmalıdır. Əlavə olaraq da rəqəmsal tədris resursları və rəqəmsal bacarıqlar yetərli olmalıdır.
 
Keyfiyyətli internet və texniki-texnoloji təminatla bağlı bizdə ciddi problemin olmasını hökumət də, Təhsil Nazirliyi də və elə hamı da bilir. Kəndlərin əksəriyyətində keyfiyyətli internetə əlçatanlıq yoxdur. Statistikaya görə əhalinin 50%-i kəndlərdə yaşayır. Ailələrin kompüterlrə təminatı da yetərli deyil.
 
Düşünürəm ki, məhz bu səbəbdən hökumət və Təhsil Nazirliyi təhsilin təşkilinin forması ilə bağlı çətinliklə üzləşiblər. Anlaşılandır".
 
Zamanında buraxdığımız səhvlər və imkanlar indi bizi ciddi problemlə üz-üzə qoyub
Nə etməli ?
 
Ekspert məsələ ilə bağlı bir sıra təkliflər də irəli sürüb:
 
1. "Keyfiyyətli internet hökumətin ciddi dəstəyi olmadan reallaşan məsələ deyil. Bunu təklikdə nə NRYTN , nə də Təhsil Nazirliyi öhdəsindən gələ bilməz. Statistikadan görmək olar ki ən azı 50 % məktəblərin yerləşdiyi ərazilərdə normal internet yoxdur.
 
Vaxtilə, 6-7 il öncə bu problemi həll etmək üçün , 0.5 milyard manat büdcəsi olan bir Dövlət Proqramı hazırlanmışdı. Neft Fondundan maliyyələşəçəydi. Bu proqram obyektiv-subyektiv səbəblərdən hökumət tərəfindən dəstəklənmədi və maliyyələşmədi. Amma problem də həll olunmadan qaldı və daha da dərinləşdi.
 
Düşünürəm ki, NRYTN təcili bu məsələyə yenidən qayıtmalı, Proqramı update etməli, bütün maraqlı tərəfləri, özəl provayderləri cəlb etməli, təkliflər toplanmalı , “Kəndlərə optika” dövlət proqramını hazırlamalı və dəstək üçün Prezidentə mürciət olunmalıdır. Hər bir rayon üzrə genişzolaqlı internet infrastrukturunun qurulması istiqamətində tədbirlər planı hazırlanmalı, özəl provayderlər bu işə cəlb olunmalıdır.
 
Fikrimcə indiki halda biz ancaq zaman itiririk, təhsilin təşkili məsələsi keyfiyyətli internet infrastrukturu qurulmadan mümkünsüzdür.
 
Ümumiyyətlə isə, dünyanın gedişatı da bir daha onu göstərir ki , biz təcili olaraq bu sahələrə investisiya ayırmalı və təkcə təhsilin deyil, bütün dövlət xidmətlərinin ölkə üzrə əldə olunmasını həll etmək üçün keyfiyyətli və dayanıqlı internet infrastrukturunu qurmalıyıq.
 
2. Hazırda məktəblərdə, universitetlərdə və digər təhsil müəssisələrində minlərlə normal vəziyyətdə olan kompüterlər və notbuklar var ki , Covid-19-la bağlı bunlar istifadəsiz qalıb . Düşünürəm ki, bu avadanlıqları müəllimlərə və şagirdlərə müvəqqəti olaraq vermək mümkündür. Vəziyyət normallaşanda kompüterlər geri alına bilərdi.
 
3. Təhsil Nazirliyi əlavə olaraq yeni kompüter və digər avadanlıqlar alınması üçün təcili hökumətdən kömək istəməli və bu məqsədlə beynəlxalq qurumlara, səfirliklərə da müraciət etmək faydalı olardı.
 
4. Təhsil Nazirliyi və NRYTN ölkənin İT şirkətləri və mobil operatorları ilə birgə görüş təşkil etməli , güzəştli şərtlərlə İT avadanlıqlar və mobil imetrnet paketləri əldə etmək üçün onlara müraciət olunmalıdır.
 
5. Fikrimcə təhsilin keyfiyyətli formada təşkili üçün indiki anda maraqlı tərəflərin iştirakı ilə hökumət səviyyəsində toplantının keçirilməsi da faydalı olardı".
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

Ekspert: Təhsil sahəsində İT statistika necədir ?

16-09-2019

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020

Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

12-03-2020

"Gömrüklə bağlı qərarın qüvvəyə minməsi alıcılıq qabiliyyətinə ciddi təsir edəcək"

19-09-2020

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

08-09-2020

Ekspert: Qazaxıstanda şagirdlərə kompüter paylanacaq - “Bizdə durum ürəkaçan deyil”

09-09-2020

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020

Osman Gündüz: Ali təhsil planlamasında ciddi ziddiyyətlər var

27-05-2025

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023

Koronavirus və rəqəmsallaşma: problemlər və yeni çağırışlar

07-04-2020

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə