Previous Next
Bağla

Bu il İKT sektorunda olan və olmayanlar? –İcmal

26-12-2017 15:37
Bu il İKT sektorunda olan və olmayanlar? –İcmal

Bu il ötən illə müqayisədə, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sektorunda daha çoxr aktivlik müşahidə edildi.

Deyərdik ki, bu da təsadüfi olmadı. Belə ki, ötən il Prezidentin “Strateji Yol Xəritələri” barədə fərmanları qurumlar üzərinə böyük məsuliyyət qoydu.

Bununla yanaşı, blokçeyin texnologiyaları ilin gündəmini zəbt etdi.

Kibertəhlükəsizlik sahəsində də ciddi bir aktivlik müşahidə edildi. Yeni viruslar ölkəmizdə də həyacan təbili çaldı. Həmçinin, bu il startap, elektron hökumət quruculuğu istiqamətində də bir çox yeniliklər oldu.

Xeberler.az olaraq il boyu İKT  sahəsində məlumatları izləyə bilməyən  oxucularımız üçün qısa icmal hazırlamaq qərarına gəldik.

Beləliklə, 2017-ci ildə Azərbaycanın İKT sektorunda baş verənlərin xülasəsini təqdim edirik:

Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşməsi İKT sektorunda ilin başlıca xəbəri oldu desək, yanılmarıq.

Fevralın 13-də Prezident  İlham Əliyevin iki nazirliyin ləğv olunması barədə fərmanı və bunun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılması haqda fərmanı sektorda uzun müddət müzakirə edilid.

Beləliklə, bu dövrdən sonra NRYTN adlı yeni nazirlik xidmətə başladı.

Bir çox rəsmi görüşlər, rəsmi qərarlar

Prezidentin tanınmış İT  şirkət nümayəndələri ilə görüşü də maraqlı məqamlardan oldu. Belə ki,İlham Əliyev ilin əvvəlində Davosda Palantir Technologies şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp, CISCO şirkətinin icraçı sədri Con Çambers, Microsoft şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti xanım Toni Tauns-Vitley, Airbus şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşdü. Bu görüşlərdə Azərbaycan ilə əməkdaşlıq müzakirə edildi.

Milli Məclisdə Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən  qanun layihəsinin təklifi, saytların bloklanması sektorda ən çox müzakirə edilən mövzu kimi yadda qaldı.

Vergilər Məcəlləsinə edilən son dəyişikliklər içərisində elektron ticarətlə bağlı 18%-i ƏDV tutulması da xeyli müddət müzakirədə qaldı.

Milli Məclis Rabitə xidmətləri göstərmək üçün yeni rüsumları da açıqladı.

Azərbaycanda mobil operatorlar nömrə satışını dayandırması məsələsi də ciddi müzakirə edildi

Bu il Dövlət İmtahan Mərkəzi imtahanların keçirilməsində yeni texnologiyalar tətbiq etdi. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının  direktoru Seymur Ağayev  vəzifəsindən azad edildi. 

YTP-ın ləğv edilməsi və başqa yerə köçürülməsi iddiası da müzakirə olaraq qalır.

əhsil Nazirliyinin  İnformatika fənninin tədrisi barədə siyasəti bu il ərzində də  müzakirə edilib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni Şəbəkə xidmət mərkəzləri xidmətə başladı.

Prezidentin fərmanı ilə ölkədə Azərbaycan Rəqəmsal Ticarət Qovşağı yaradıldı. 

Azərpoçt  tərəfindən Poçtap xidməti istifadəyə verilməsi də maraqla qarşıladı. 

Bu il NRYTN tərəfindən Bakının bir çox mərkəzində pulsuz Wi-Fi istifadəyə verildi. 

Ölkəmizdə 10 şirkətin arasında “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun yaradılması ilə bağlı əməkdaşlıq memorandumu imzaladı. 

Bakinternet istifadəçiləri üçün “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başladı. 

Test imtahanlarının ləğvi məsələsi də ən çox müzakirə edilən mövzu oldu 

Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) yaranan problem də birmənalı qarşılanmadı. 

Yeni vəzifəyə gələnlər, işindən azad edilənlər

Bu il ölkədə dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başladı. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən  “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidməti istifadəyə verildi. 

Ölkədə WhatsApp və Skype ilə beynəlxalq danışıqlara məhdudiyyətlər tətbiq edildiyi ciddi müzakirələrə səbəb olub. 

AzərTelekom şirkətinin rəhbəri dəyişdi. 

Azerfon-a​ yeni baş icraçı direktor təyin olundu. 

Azərpoçt-a yeni baş direktor təyin edildi. 

Bu yaxınlarda Azərpoçt MMC-nin baş direktoru Ülvi Mansurov öz ərizəsi ilə işdən çıxdı. 

Qazanılan uğurlar...

Azərbaycan qlobal yarışda İnformatika üzrə uğur qazandı. 

Şagirdlərimiz  daha bir beynəlxalq İnformatika Olimpiadasında uğur qazandı. 

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazandı. 

Məktəblilərarası I Robot Olimpiadası keçirlidi. 

Tələbələrimiz beynəlxalq İT yarışdan qızıl medalla döndü. 

Növbəti “Elektron Təhsil” müsabiqəsi keçirildi. 

Azərbaycanın ilk özəl universitetlərindən olan Qərbi Kaspi Universitetində (Qərb Universiteti) texnopark yaradılmasına başlanılması da müsbət hadisələrdən oldu.

Bu il Code Academy təhsil proqramı üçün də uğurlu oldu. Belə ki, şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, daha doğrusu TexnoPark-dan ayrılaraq müstəqil fəaliyyətə başladı. 

Çin Azərbaycana 20 min İKT avadanlıq verdi

Yeni elektron xidmətlər, resurslar

Yaponiyanın İT nəhəngi Azərbaycanda nümayəndəlik açdı. 

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi açıldı.

Yanvar ayında “ASAN Viza” portalı (www.evisa.gov.az) tam istifadəyə verildi.  Qeyd edək ki, bu sistem 2017-ci ildə  tursitlər tərəfindən də ən çox bəyənilən layihə olaraq yadda qaldı.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK)  yeni AzNav sistemi naviqasiya sistemini təqdim etdi

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Asan İndeks təqdim edildi

Azərbaycanda  lisenziya və icazələrlə bağlı yeni portal yaradıldı. 

Məhkəmələr...

Delta Telecom-un provayderlərlə  məhkəmə çəkişməsi də cari ilin müzakirə olunan xəbərlərindən olub.

Data Plus istifadəçilərə kompensasiya verməsi də diqqət çəkdi.

Data Plus da Delta Telecom-dan ayrıldı. 

Azertelecom şirkəti ilə Facebook arasında müqavilə imzalanması da sektortda müzakirə edilən əsas mövzulardan oldu.

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə vəfat etdi.

Nar və Azercell bölgələrdə 4G xidməti təqdim etdi.

İKT-də keçirilən tədbirlər

Azərbaycanda bu il 5G şəbəkəsinin testinə də başlandı. 

Bakıda növbəti dəfə  Telekommunikasiya və İnformasiya Texnologiyaları Bakutel-2017 sərgi-konfransı keçirildi

Ötən günlərdə Azərbaycanda  9-cu dəfə keçirilən Milli İnternet Mükafatı (MilliNet 2017) müsabiqəsinin qalibləri elan olundu. 

İT  sahəsində çalışan ən uğurlu xanımların müəyyən edilməsi ilə bağlı təşkil edilən AWITA 2017 - AZERBAIJAN WOMEN in IT AWARD"  tədbiri də diqqət çəkdi. 

Bakıda Eurodesign və Cisco şirkətlərinin təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə turnir keçirildi. 

Yeni Fikir 2017 startap müsabiqəsi keçirildi.

NETTY-2017-nin qalibləri açıqlandı. 

Ölkədə ilk dəfə elektron formada memorandum bağlandı. 

Cocuq Mərcanlı rabitə xidmətləri ilə təmin olundu. 

Sektorun problemləri...

Bu il Azərbaycan İnternetində bəzi problemlər ilə yadda qaldı müşahidə edilir. 

Rabitənin, internetin dayanıqlığı ilə bağlı problemlər hələ də müzakirə edilir. 

İnternetin keyfiyyət və qiyməti ilə bağlı problemlər hələ də müzakirə edilən mövzu olaraq qaldı.

Kiber təhlükələr

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa etdi.

Beynəlxalq kiber məkanda  aşkarlanan qlobal virus epidemiyası  WannaCry  ölkəmizdə də istifadəçiləri təhlükə ilə üz-üzə qoydu. 

ABC Telecom şirkətinin  proqram təminatı satışına qadağa qoyuldu. 

Daha bir virus təhlükəsi ilə iyunda qarşılaşdıq. Ölkəmiz də Petya adlandırılan təhlükə proqram ilə mübarizə apardı. 

Ölkəmizdə Android istifadəçilərini daha bir təhlükəli virus ilə qarşılaşdı. 

Ölkənin startap sektorunda baş verənlər

Bu il startap sektorunda yeniliklərdən ən əsası ölkədə startap ekosistemdə əsas informasiya-məlumat portalı olan, qlobal və yerli bazarda trendləri analiz edərək startapları yönəldən, onlara müxtəlif formada dəstək verən, investorlarlar və startaplar arasında bir platforma olan Startup.az resursunun yeni versiyada istifadəyə verilməsi oldu

Sektorda ən yaddaqalan hadisə isə hindistanda Qlobal Sahibkarlıq Sammitində ölkəmizi 15 yaşlı Reyhan  Camalovanın təmsil etməsi və  tədbirdə İvanka Trump-ın  Reyhan Camalovanın startap layihəsini yüksək qiymətləndirməsi oldu.

Startaplar üçün növbəti qrant müsabiqəsi təşkil edildi. 

2017-ci ilin son günlərinin əsas mövzusu ilə Azercell şirkəti və ictimai fəal Bəxtiyar  Hacıyev arasındakı problemdir.

Həmçinin, ötən gün Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda xarici MoneyPolo pulköçürmə şikətinin fəaliyyətinin dayandırıldığını açıqladı.

Yeni şəxsiyyət vəsiqələrinin təqdim edilməsi hələ də müzakirə olaraq qalır. 

Hansı gözləntilər hələ də həyata keçməyib? 

Həyata keçirilən işlərlə yanaşı uzun müddətdir İKT-də tətbiq edilməsi gözlənilən yeniliklər də var. Ümumiyyətlə, bu sektor ilə bağlı bəzi vacib məsələlərə hələ baxılmayıb.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasnaməsi hələ də təsdiq edilməyib.

Gözləntilərdən digəri isə kabel-kanal sistemindən istifadə üçün qayda və vahid tariflərin tətbiq edilməsidir. Bu məsələ hələ də açıq qalıb.

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan Müstəqli Tənzimləyici qurum – Milli Telekommunikasiya Şurası yaradılmayıb.

Həmçinin, sənəddə qeyd edilən "Mobil hökumət” konsepsiyası hazırlanması da nəzərə çarpmır. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

2018-ci ildə texnologiyalar sahəsində yaddaqalan hadisələr və tədbirlər

18-01-2019

2016-cı il ölkənin İKT sektorunda nə ilə yadda qaldı? –İcmal

28-12-2016

Bu il İKT, innovasiyalar və rəqəmsallaşma sahəsində ən yaddaqalan hadisələr:VPN,“Twitter” ,"Telegram"

28-12-2020

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi niyə gecikir?

25-12-2017

Rəqəmsal inkişaf və elektron hökumət quruculuğu : İKT sahəsində yaddaqalan məqamlar

28-12-2021

Nazirliyin Əsasnaməsi və strukturu təsdiq edildi-Fərman

12-01-2018

Nazirliyin yeni saytı nə vaxt istifadəyə veriləcək?

04-05-2018

Azərbaycan İnternet Forumu Azərbaycan Respublikası Prezidentinə Müraciət etdi

22-05-2009

Azərbaycan beynəlxalq İKT sərgidə təmsil olunur

25-09-2017

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018

Orduda informasiya təhlükəsizliyi müzakirə edilib

17-08-2023

Azərbaycan BTİ tərəfindən mükafatlandırılıb

08-10-2018

Baş katib İKT sahəsində əldə olunan nailiyyətlərlə tanış olub

13-09-2018

Azərbaycanda İKT sahəsində ən uğurlu qadınlar elan edildi

06-12-2018

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017

Ötən həftənin İKT gündəmi nə ilə yadda qaldı?

06-07-2015

Osman Gündüz: Ölkədə rəqəmsal savadlılıqla bağlı ciddi problemlər var

13-09-2021

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi

19-09-2018

Azərtelekom-a yeni rəhbər təyin edildi

20-07-2017

Startap Azərbaycan komandasının Əli Abbasovla görüşü keçirilir

03-07-2015

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

Prezident Ramin Quluzadəyə yeni müavin təyin etdi

21-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə