Fontu böyüt:
Bluetooth Special Interest Group konsorsiumu simsiz məlumat mübadiləsi protokolunun yeni versiyasını anons edib. Bluetooth 2.2 protokolu öncəki versiyalardan nəzərə çarpacaq dərəcədə güclüdür.
Qrupun planlarına əsasən iki məhsul növü təqdim olunacaq: Bluetooth x10 və x100. Birinci növ məhsul Wi-Fi texnologiyası ilə, ikinci növ isə USB ilə birgə sürətli məlumat mübadiləsi üçündür. Qurğunun dəqiq necə çalışacağı məlum deyil.
Bluetooth-un indiki versiyasında məlumat ötürmə sürəti 3 Mbit/s təşkil edir. Yeni versiyalar isə uyğun olaraq 30 və 300 Mbit/s məlumat ötürmə sürətinə malik olacaqlar.