Fontu böyüt:
Oktyabrın 20-də Bakıda Koreyanın I Təhsil Sərgisi keçiriləcək. Sərgidə Koreyanın 13 ali təhsil müəssisəsi iştirak edəcək. Bu barədə Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata əsasən sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA Turizm Şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək.
Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu təhsil müəssisələri vasitəsilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.
Sərgidə, həmçinin, Koreya təhsil sisteminin müasir texnologiya əsasında sürətli inkişaf etməsi haqqında da iştirakçılara məlumat veriləcək.