Fontu böyüt:
Azercell Telekom MMC göstərilən xidmətlərin təkmilləşdirilməsi üzrə profilaktik işlər həyata keçirir. Görülən işlər ilə əlaqədar olaraq avqustun 27 və 28-də gecə saatlarında bir sıra xidmətlərin istifadəsi zamanı problemlərin yaranması mümkündür.
Xatırladaq ki, “Azercell Telekom” şirkəti Azərbaycan mobil rabitə bazarında 1996-cı ildən etibarən fəaliyyət göstərir və hazırda 3,5 milyon abunəçisi var.