Fontu böyüt:
Azərbaycanın «MBASK» sığorta şirkəti «Silverkey» şirkəti ilə birgə onlayn sığorta xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş yeni «MBASK Direkt» layihəsinin icrasını başa çatdırıb. «MBASK Direkt» proqramı hesabına müştərilər sığorta müqaviləsini ofisdən və ya evdən internet vasitəsi ilə onlayn rejimində «Visa» və «MasterCard» plastik kartları ilə ala bilərlər.
Hazırda şirkətin müştərilərinə http://mbaskdirect.az resursu vasitəsilə sığorta ödəməsinin dəyərini hesablamaq, sığorta sazişinin tərtibatı və çatdırılması üzrə qeydiyyatdan keçmək, sığorta ödəmələrinin qiymətlərinə dair öz təklifini irəli sürmək, həmçinin online rejimdə haqları ödəmək imkanı təqdim edilir.
«MBASK»dan verilən məlumata görə, xidmətdən istifadə etmək üçün www.mbaskdirekt.az saytına daxil olaraq həftənin 7 günü, günün hər bir vaxtı sığorta polislərini almaq mümkündür.
MBASK sığorta şirkəti "MBASK Direct" layihəsi çərçivəsində internet vasitəsilə əmlak sığortası üzrə ərizələrin qəbuluna da başlayıb, bu barədə şirkətin məlumatında deyilir.
MBASK Sığorta Şirkəti 15 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir.Hal-hazırda ölkənin ən nüfuzlu sığorta şirkətlərindən biri sayılır.
SilverKey şirkəti Azərbaycanda e-kommersiyanın qabaqcıl təminatçısıdır. Şirkətin xidmətlərinə e-mağaza, veb proqram təminatlarının hazırlanması və e-Life™ Konsaltinq daxildir. “SilverKey Azərbaycan” şirkəti, həmçinin, 2008-ci ilin dekabrında Azərbaycanın ilk internet ödəmə sistemi olan “GoldenPay”-i istifadəçilərin ixtiyarına vermişdir.