Fontu böyüt:
Azərbaycanda genişzolaqlı
internetin inkişafı layihəsi 2015-ci ildə start götürəcək.
Xeberler.az-ın məlumatına görə, Qətər
Əmirliyinin Doha şəhərində keçirilən sərgi-konfransda çıxış edən rabitə
və yüksək texnologiyalar nazir Əli Abbasov belə deyib.
Nazirin sözlərinə görə,
bütün ölkə miqyasında sürətli internetə çıxış imkanı yaradılmasını nəzərdə
tutan bu layihə üç ilə reallaşdırılacaq, layihənin icrası başa çatdıqda isə ölkə
əhalisinin əksər hissəsinin sürətli internetə əlçatımlığı təmin ediləcək.
Nazir layihədə şəhərlərdə hər bir
evə, ən ucqar kəndlərdə fiber-optik xətlərin çəkilməsinin nəzərdə tutulduğunu, Dövlət
Neft Fondunun vəsaitləri hesabına maliyyələşəcəyini bildirib.
Əli Abbasov həmçinin, layihənin həyata
keçirilməsi məqsədilə hazırlıq işlərinin başa çatdırıldığını, bu məqsədlə beynəlxalq
konsaltinq şirkətlərinin də cəlb edildiyini, onların təkliflər hazırlandığı
diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, layihənin həyata keçirilməsi ölkədə innovasiyaların, internet biznesin inkişafına ciddi təkan verəcək.
Mirvari Nəcəf