Fontu böyüt:
Internetdə Microsoftun Windows XP əməliyyat sisteminin satış müddətinin uzanması haqda məlumatlar yayılıb. Xatırladaq ki, Microsoft Windows XP-nin lisenziyalı surətləri hələ bu ilin əvvəlində mağazalardan yığışdırılıb. Lakin onları kompüter və noutbuklarda əldə etmək mümkün idi. Windows XP əməliyyat sisteminin tamamilə satışdan yığışdırılması 31 yanvar 2009-cu il tarixinə nəzərdə tutulmuşdu. Indi isə satışın altı ay, yəni 31 iyula qədər uzanması deyilir. Bundan əlavə, bəzi analitiklər, hətta Windows XP-nin yeni Windows 7 əməliyyat sisteminin buraxılmasına qədər satışda olmasını istisna etmirlər.