İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azərcell” Azərbaycanda informasiya texnologiyalarının inkişafına yeni sərmayə qoyacaq

15.03.2013 [20:36]

Fontu böyüt:      

“Azercell Telekom” MMC-nin əsas səhmdarı olan "TeliaSonera" şirkətlər qrupunun prezidenti Per-Arne Blomquist və “TeliaSonera”nın Avrasiya biznes dairəsinin prezidenti Veysel Aral Bakıda səfərdə olublar. Publika.Az-ın verdiyi xəbərə görə, “Azercell”in ev sahibliyi ilə keçən səfər zamanı qonaqlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüblər.
“Azercell Telekom” MMC-nin əsas səhmdarı olan "TeliaSonera" şirkətlər qrupunun prezidenti Per-Arne Blomquist və “TeliaSonera”nın Avrasiya biznes dairəsinin prezidenti Veysel Aral Bakıda səfərdə olublar. Publika.Az-ın verdiyi xəbərə görə, “Azercell”in ev sahibliyi ilə keçən səfər zamanı qonaqlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüblər.
 
Görüş zamanı cənab P. Blomquist bildirib ki, “TeliaSonera” daim yenilikci ideyalar tətbiq edərək telekommunikasiya sektorunda önə çıxmağı bacarıb. Azərbaycanda “Azercell” şirkəti tərəfindən təmsil olunan “TeliaSonera” ölkədə informasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda bundan sonra da davam edəcəkdir. “TeliaSonera” prezidenti “Azercell”i “Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərdən biri” kimi dəyərləndirib. Görüş zamanı qonaqlar “TeliaSonera”nın Azərbaycanda yüksək səviyyəli xidmət göstərməkdə davam edəcəyini qeyd ediblər.
Nazir Ə. Abbasov “Azercell”in fəaliyyətini yüksək qiymətləndirərək bu şirkətin adının həmişə ən son və yüksək texnologiyalarla bağlı olduğunu bildirib. Nazirliklə “Azercell” arasında səmərəli işbirliyinin qurulduğunu qeyd edən nazir, gələcəkdə daha geniş sahələrdə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
 
Per-Arne Blomquist bu ilin fevralından “TeliaSonera” şirkətinin prezidenti və baş icraçı direktoru vəzifəsini icra edir. Telekommunikasiya sahəsində karyerasına 1989-cu ildən başlayan cənab Blomquist 2008-ci ildən etibarən “TeliaSonera”nın maliyyə direktoru olub, bundan əvvəl isə şirkətin müxtəlif təsisatlarında işləyib.
Əsası 1850-ci ildə qoyulan “TeliaSonera”nın hazırda dünya üzrə 183 milyon abunəçisi var. 28 minə yaxın əməkdaşı olan şirkət indi Avrasiyanın telekommunikasiya sahəsində ən böyük sərmayədar hesab olunur. “TeliaSonera” Baltik regionundan tutmuş Avrasiya məkanına kimi bir çox ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, İspaniya və Nepalda fəaliyyət göstərən bir holdinqdir. Şirkətin məqsədi müştərilərə ən yüksək keyfiyyətli xidmət göstərməklə bu ölkələrin bazarında ən cəlbedici brend olmaqdır.
 
Publika.Az

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar