21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
AİF rəhbəri Osman Gündüz milli İnternet ünvanların - .az domeninin qeydiyyatının tənzimlənməsindəki ciddi problemlər və onların aradan qaldırılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova məktub ünvanlayıb.
Məktubda milli internet ünvanların qeydiyyatı sahəsində uzun müddət dən bəri davam edən dözülməz vəziyyətə diqqət yönəldilib. Müraciətdə qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimləyici infrastrukturun yaradılmadığı, bu istiqamətdə səylərin göstərilmədiyi, tənzimləmə prosesində əlaqədar qurumların iştirakının təmin edilmədiyi bildirilib. Bütün bunların nəticəsində isə ölkədə .az domeninin qeydiyyatı prosesində ciddi qüsurların olduğu, şəffaflığın təmin edilmədiyi, inhisarçılığın mövcud olması, sui-istifadə hallarına yol verildiyi, beynəlxalq normalara uyğun online qeydiyyat sisteminin yaradılmadığı bildirilib.
Məktubda son dövrlərdə bəzi RİTN rəsmiləri tərəfindən bir sıra domen adlarının qeydiyyatına məhdudiyyətlər qoyulması ilə bağlı İNTRANS şirkətinə ünvanlanan məktubun da vəziyyəti daha da pisliyə doğru dəyişdirdiyi qeyd edilib. Əlaqədar qurumların iştirakı təmin edilmədən RİTN-nin qeydiyyat prosesinə qeyri-qanuni müdaxiləsinin bürokratiya və hətta korrupsiya üçün zəmin yaratdığı vurğulanıb.
Məktubda milli internet ünvanların qeydiyyatının Telekommunikasiya haqqında qanunda və beynəlxalq normalarda nəzərdə tutulduğu qaydada legitimləşdirilməsi istiqamətində addımlarım atılmasının vacibliyi qeyd edilib. Müraciətdə bu məsələnin internet ictimaiyyəti üçün kifayət qədər ciddi əhəmiyyət kəsb etməsi, problemin həlli istiqamətdə artıq ictimai müzakirələrə başlanılması, AİF üçün bu problemin cari ildə prioritet olması vurğulanıb.
Müraciətdə tənzimləmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulduğu qaydada əlaqədar qurumların müəyyən edilməsi, razılaşdırılmış Əsasnamə Layihəsinin hazırlanması, əlaqədar qurumların iştirakı ilə tənzimləyici ictimai bir qurumun formalaşması prosesinə start verilməsinin zəruriliyi qeyd edilib