İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Azərbaycan Yarımfinalçıları seçilib

03.06.2013 [11:31]

Fontu böyüt:      

Ekspertlərin qiymətləndirmənin nəticələrinə əsasən Startup Azərbaycan TK-nın qərarı ilə 15 startup Startup Azərbaycan yarışmasında Yarımfinalçı seçilməklə mübarizəni davam etdirmək statusu qazanıb.
Startup Azərbaycan  Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda  Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupların  ilkin qiymətləndirilməsinin nəticələri müzakirə edilib.  

Məlum olduğu kimi  43 startup Startup Azərbaycan Müsabiqəsinə qatılmaqla bağlı müraciət etsə də TK tərəfindən Qaydalara uyğun olan 26 startup yarışmaya qəbul edilib.  Startup Azərbaycan Ekspert Komissiyasının 10 üzvü Müsabiqəyə qəbul edilən startupları  mövcud kriteriyalara uyğun olaraq qiymətləndiriblər.

Ekspertlər startup layihələrinin təqdim etdikləri  məlumatlar əsasında  Layihənin  ideyası və davamlılığı, cəlbedici olması, riskləri,  gəlirliliyi, əhatə dairəsi , komandanın təcrübəsi  və s. istiqamətlər üzrə təhlil edərək qiymətləndirmə aparıblar.
Ekspertlərin qiymətləndirmənin nəticələrinə əsasən  Startup Azərbaycan TK-nın qərarı ilə 15 startup Startup Azərbaycan yarışmasında Yarımfinalçı seçilməklə mübarizəni davam etdirmək statusu qazanıb.

Yarımfinalçılar 2-ci qiymətləndirmə mərhələsi üçün əhatəli biznes-planlar təqdim etməlidirlər. Bu məqsədlə  Startup Azərbaycan Yarımfinalçıları üçün 8 iyun tarixdə xüsusi Təlimlər təşkil olunacaq.  

Təlim prosesində yarımfinalçılar  biznes-planların yazılması, onların İnvestorlar üçün  təqdimatlar hazırlaması, İnvestorlarla görüşlərə hazırlanması, komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi  sahəsində  bilik və bacarıqlar əldə edəcəklər. Təlim prosesində xarici ekspertlər də iştirak edəcək.

2-ci mərhələ səsvermədə startupların birbaşa Ekspertlər qarşısında öz layihələri ilə bağlı Təqdimatlarla çıxış etmələri nəzərdə tutulub.

Ekspertlər startupların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında Startup Azərbaycanın Finalçılarını müəyyən edəcəklər.
Startup Azərbaycan tədbirlərinin yekununda Finalçıların İnvestorlarla qapalı görüşləri təşkil olunacaq.
Startup Azərbaycan Yekun Təqdimat mərasiminin 30 iyun tarixdə keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir.  
Microsoft, İnfiPro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.

Geniş məlumat : www.startup.az  

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar