İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«Dilmanc Translator» tərcümə proqramının yeni versiyası istifadəyə verilib

11.07.2014 [17:46]

Fontu böyüt:      

Mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən «Dilmanc Translator» tərcümə proqramının yeni versiyası istifadəyə verildi
Mobil telefonlarda şifahi nitqi və mətnləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə edə bilən «Dilmanc Translator» tərcümə proqramının yeni versiyası istifadəyə verildi.
Tərtibatçıların sözlərinə görə, bu versiyada əsas yenilik Azərbaycan dili üçün nitqin tanınması (şifahi nitqin yazıya çevrilməsi) sisteminin keyfiyyətinin artırılması və bəzi mobil telefonlarda tanımanın işləməsi ilə bağlı çətinliklərin aradan qaldırılmasıdır.

Qeyd edək ki, «Dilmanc Translator» proqramı Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəstəklədiyi Dilmanc layihəsi çərçivəsində hazırlanır və tamamilə ödənişsiz yayılır.
İstifadəyə verildiyi 6 ay ərzində istifadəçilər arasında böyük populyarlıq qazanaraq 70 min dəfəyə yaxın köçürülmüşdür. Proqram hələlik yalnız Android platformasında işləyir. Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da «Dilmanc Translator» axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər.
Layihə rəhbəri Əbülfət Fətullayev proqramın iOS və Windows Phone üçün hazırlanması, həmçinin yeni tərcümə istiqamətlərinin əlavə edilməsi üzərində işlər getdiyini bildirib.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar