21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi qurumun elektron idarəetmə sisteminin texniki tapşırığının hazırlanması, sistemin yaradılması və tətbiqi məqsədilə açıq tender elan edib.
İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, təkliflərin qiymətləndirilməsi zamanı qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki spesifikasiyaları, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı kimi meyarlara üstünlük veriləcək.
Tenderdə iştirak haqqı 300 manat təşkil edir. Tender şərtlərinə görə, xarici şirkətlər müsabiqədə iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənəd, iddiaçının analoji sistemlərin Azərbaycanda dövlət qurumlarında uğurlu tətbiqi barədə arayış, təklif olunan sistem və avadanlıqlar üzrə ən azı 3 sertifikatlaşdırılmış mütəxəssisin olmasını sübut edən sənəd, müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış təqdim edilməlidir.
İddiaçılar tender sənədlərini iyunun 12-dək, tender təklifi və bank zəmanətini isə iyunun 24-dək İqtisadi İnkişaf Nazirliyinə təqdim etməlidir. Tender prosedurası isə iyunun 25-də keçiriləcək.