İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

BAKIYA YENİ VİRUS GƏLDİ

05.10.2010 [08:11]

Fontu böyüt:      

Kompüter mütəxəssisləri onu "Nigeriya fırıldağı" adlandırır Ölkədə "Staxibag" adlı kompüter virusu yayılmaqdadır. Bir müddət əvvəl Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində onminlərlə kompüteri sıradan çıxaran, sənaye müəssisələri və terminalların işini dayandıran "Stuxnet" virusunun törəməsi sayılan "Staxibag" Orta Asiya və Cənubi Qafqaz ölkələrinə istiqamətlənib.

Kompüter mütəxəssisləri onu "Nigeriya fırıldağı" adlandırır

Ölkədə "Staxibag" adlı kompüter virusu yayılmaqdadır. Bir müddət əvvəl Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində onminlərlə kompüteri sıradan çıxaran, sənaye müəssisələri və terminalların işini dayandıran "Stuxnet" virusunun törəməsi sayılan "Staxibag" Orta Asiya və Cənubi Qafqaz ölkələrinə istiqamətlənib.
Dünən səhər Bakıdakı onlarla kompüteri "yoluxduran" virusu ABŞ-ın "BitDefender" və "Norton Securities" kompüter təhlükəsizliyi şirkətləri təhlükəli sayırlar.
"Staxibag"ın fəaliyyət alqoritmi virusun yerləşdiyi kompüterdəki bütün elektron poçt ünvanları, parollar və məxfi saxlanan mətn fayllarını kompüter istifadəçisinin xəbəri olmadan İnternet vasitəsilə virusu yayan mərkəzə yollamağa hesablanıb.

Sonradan həmin parollardan istifadə edilir, virusa yoluxmuş kompüter sahibinin elektron poçt ünvanı dağıdılır, konfidensial məlumatları oğurlanır. Ən başlıcası isə budur ki, həmin şəxs bank kartı sahibidirsə və İnternetdə alış-veriş edibsə, onun hesabındakı pulların hamısı "yoxa çıxır".

"Staxibag"ın daha bir yönü onun yoluxduğu kompüterdən minlərlə ünvana spam, reklam və "Nigeriya məktubları" göndərməsidir.

Kompüter mütəxəssislərinin "Nigeriya məktubları" adlandırdıqları fırıldağın əsası Nigeriyada qoyulub. Belə məktublarda guya milyonlarla dollarlıq bank hesabından pulu çıxara bilməyən adam üzləşdiyi çətinliklərdə hakimiyyət dairələrinin xüsusi rolu olduğunu vurğulayır, yardım müqabilində potensial "qurban"a milyonlar vəd edir. Daha konkret olsaq, fırıldağa şirnikləndirilən şəxsə həmin pulları öz hesabına köçürmək təklif olunur.

Belə absurd təklifə inananlar, tamahına güc gələ bilməyənlər isə fırıldaqçıların "xırda rəsmiyyət işlərinə görə kiçik məbləğli xərclər" adıyla istədikləri $100-1000 aralığındakı pul köçürməsi edir, milyonları gözləyir.

Təbii ki, pul köçürüləndən sonra fırıldaqçılar da yoxa çıxır, "milyonlarını" gözləyən adamın məktublarına cavab vermirlər. // Ekspress


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar