21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha çox uşaqların sevimli şeirlərinin müəllifi kimi tanınan Abdulla Şaiqin yeni web-saytı fəaliyyətə başladı. Sayt Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Şairin ev müzeyinin təşəbbüsü ilə “IT Service” MMC tərəfindən təmənnasız hazırlanıb. Saytda şairin həyat və yaradıcılığı geniş əks olunmuşdur. Burada şairin yazıları, şeirlərinə bəstələn mahnılar, şəkil, musiqi, video qalereyası, cizgi filmləri və şair haqqında digər bütün məlumatlar yerləşdirilmişdir.
Sayt şairin ev müzeyində press-konfransla mətbuata və Şaiqsevərlərə təqdim olundu. Təqdimatı giriş sözü ilə açan mənzil müzeyinin direktoru Ülkər Talıbzadə dəvət olunan qonaqları və mətbuatı salamlayaraq, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə, xüsusilə də Universitetin baş müəlliməsi Nəzirə Əliyevaya, layihədə əziyyəti olan tələbə heyətinə və “IT Service” MMC-nin baş direktoru Şahmar Bayramlıya xüsusi təşəkkürünü bildirdi, daha sonra sözü Nəzirə Əliyevaya verdi.
Saytın yaradılması mərhələlərinə toxunan Nəzirə Əliyeva, bununla yanaşı iş prosesi haqqında ətraflı məlumat çatdırdı.
Sayt haqqında daha geniş məlumatı isə Sevda Əhmədova xüsusi slayd-təqdimat ilə təqdim etdi.
Daha sonra “IT Service” MMC-nin baş direktoru Şahmar Bayramlı Azərbaycanda internet resurslarının mövcud vəziyyətinə toxunaraq, Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək naminə digər web-studiyoları da bu cür aksiyaları davam etdirməyə dəvət etdi.