Fontu böyüt:
Cəmi 15 illik bir keçmişi olan cib telefonu mesajları, yaxın gələcəyin ən çox seçilən ünsiyyət vasitəsi olaraq, on min illik danışmağın yerini ala bilər!
Mobile Messaging Futures 2009-2013 adlı, mobil bazarlarının yaxın gələcəyini analiz edən və təxminlər irəli sürən hesabat, öz araşdırmasında mobil mesajlaşmağı və bu sahənin qarşıdakı inkişafına dair maraqlı faktlar irəli sürdü.Hesabata görə 2-ci nəsil GSM şəbəkəsiylə ortaya çıxan və cəmi 15 illik bir keçmişi olan cib telefonu mesajlarının, min illərdir mövcud olan canlı nitqi əvəz etmə ehtimalı var.
Araşdırma nəticələri, mobil bazardakı ən yaxşı gəlir mənbəyinin mesajlaşma olduğu istiqamətindədir. Dünyanın demək olar hər ölkəsində qarşısı alınmaz bir yüksəlişə keçən mesajlaşma miqdarının, önümüzdəki 6 il içərisində böyüməyə davam edəcəyi, bununla da operatorlara inanılmaz qazanclar təmin edəcəyi nəzərdə tutulur. Təxminlər, 2013-cü ildə, operatorların səsli zənglər xaricindəki gəlirlərinin yüzdə 60-nı, ümumi qazanclarının isə yüzdə 17-ni müxtəlif mesajlardan (MMS, səsli mesaj vs.), yüzdə 9-unu isə yalnız mətn mesajlarından əldə edəcəyi istiqamətindədir.
Amerika və Çin,Yaponiya,Cənubi Koreya kimi Şərqi Asiya ölkələrində fantastik ölçülərə çatan mesajlaşmanın, önümüzdəki beş il içərisində hər il 20 milyard dollar dəyər qazanacağı da təxmin edilir.