Fontu böyüt:
Google korporasiyasının rəhbərliyi internetin populyar YouTube şəbəkəsini telekanala çevirmək istəyir.
Özü də şirkət YouTube telekanalının ən azından ABŞ-ın ABC, CBS və ya NBC telekanalları qədər nüfuz qazanmasına çalışacaq. Bu barədə The New York Post qəzeti xəbər verib.
Google hesab edir ki, YouTube kanalının eksklüziv kontenti 10 min tərəfdaş-şirkət, habelə internetdən fərdi istifadə edənlər tərəfindən dəstəklənəcək. Şirkətdən verilən məlumata görə, telekanal yaxın vaxtlarda açılacaq.