Fontu böyüt:
“Azərpoçt” MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində müəyyən işlər yerinə yetirilməkdədir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, bu işlərin davamı olaraq 2011-ci il 10 mart tarixində Samux rayonunda yeni poçt şöbəsinin açılışı nəzərdə tutulub.
Müasir üslubda tikilən yeni poçt obyekti lazımı texniki avadanlıqlarla və mebel ilə təmin olunub.