Fontu böyüt:
Dünyanın aparıcı sosial şəbəkəsi “Facebook” dərc edilən ağır səhnəli videolara “mülayim” senzura tətbiq edib.
Xeberler.az “ICTnews”a istinadən məlumat verir ki, sosial şəbəkə bir müddət öncə ekstremist xüsusiyyət daşıyan kontentin dərc edilməsini qadağan edirdi. Bununla yanaşı, zorakılığın təzahür etdiyi xəbər və sənəd materiallarının dərc olunmasına icazə verirdi.
İndi isə bu tip kontenti yayanlara xüsusi xəbərdarlıq yazısı təqdim ediləcək və avtobaxış funksiyası deaktiv ediləcək. Xəbərdarlıq alan ilk yazılardan biri Parisdə baş verən terror hücumu ilə bağlı hadisələr haqda polis ilə müsahibə olub.