İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Zaman maşını

16.10.2008 [15:07]

Fontu böyüt:      

İsrail alimi Amos Ori zaman səyahətinin mümkünlüyünü elmi cəhətdən əsaslandırıb. İndi dünya elminin zaman maşınının yaradılmasının nəzəri cəhətdən mümkünlüyünü iddia etmək üçün lazım olan nəzəri bilikləri var
Zaman maşını İsrail alimi Amos Ori zaman səyahətinin mümkünlüyünü elmi cəhətdən əsaslandırıb. İndi dünya elminin zaman maşınının yaradılmasının nəzəri cəhətdən mümkünlüyünü iddia etmək üçün lazım olan nəzəri bilikləri var. Bunun riyazi əsaslandırılması Fiziki icmal elmi jurnalının son nömrəsində dərc edilib.
İsrail Texnologiya İnstitutunun professoru Amos Ori riyazi modellərin köməyi ilə zaman səyahətinin mümkünlüyünü əsaslandırıb. Orinin gəldiyi əsas nəticə odur ki, Bu cür səyahətlərin edilməsinə yararlı olan maşının hazırlanması üçün nəhəng qravitasiya qüvvəsi lazımdır.
İsrail aliminin kəşfinin əsasında 1949-cu ildə Kurt Gedelin gəldiyi nəticə durur. Həmin nəticəyə görə, nisbilik nəzəriyyəsi müxtəlif məkan və zaman modellərinin mövcudluğunu nəzərdə tutur. Amos Orinin hesablamalarına görə, əyilmiş məkan - zaman strukturuna halqa və ya qıf forması verdikdə, keçmişə səyahət etmək imkanı yaranır. Bu konsentrik strukturun hər bir yeni halqası ilə insan zaman qalınlığı ilə daha dərinlərə enəcək
Ancaq bu cür səyahətlər üçün əlverişli olan zaman maşınının yaradılması üçün nəhəng qravitasiya güclərinin olması vacibdir. Onlar, ehtimala görə, qara deşik kimi obyektlərin ətrafında olur. Qara deşiklər haqqında ilk dəfə 18-ci yüzillikdə danışmağa başlayıblar. Alim Pyer Simon Laplas qravitasiyası həddindən yüksək olan və buna görə də heç bir şüanı əks etdirməyən gözəgörünməz kosmik cisimlərin olduğunu ehtimal etmişdi. Bu cür kosmik cisimdən əks olunmaq üçün şüa işıq sürətindən yüksək sürətlə uçmalıdır. Yalnız 20-ci ildə alimlər müəyyən etmişdilər ki, işıq sürətini ötmək mümkün deyildir... Qara deşiklərin sərhədini hadisələrin üfüqi adlandırırlar. Həmin obyektə çatan istənilən obyekt qara deşiyin dərinliklərinə sorulur. Özü də kənardan içəridə nə baş verdiyi görünmür. Ehtimal edilir ki, qara deşiklərin dərinliyində fizika qanunları öz fəaliyyətini dayandırır, həmçinin, məkan və zaman koordinatları, kobud dillə ifadə edilərsə, yerlərini dəyişir. Və məkan boyunca səyahət zaman boyunca səyahətə çevrilir.

Beləliklə, Orinin hesablamalarının önəminə baxmayaraq, zaman səyahəti barədə arzu etmək hələ tezdir. Alimlər bildirirlər ki, bunun riyazi modelini hələ ki texniki baxımdan işdə gerçəkləşdirmək mümkün deyil.Eyni zamanda alimlər vurğulayırlar ki, texniki inkişaf prosesi hazırda həddindən sürətlidir və heç kim bir neçə on ildən sonra, insanların hansı texniki imkanlara malik olacağını indidən deyə bilməz. Ümumiyyətlə, zaman boyunca səyahətin mümkünlüyü barədə Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsində vurğulanmışdı. Alimin fikrincə, böyükkütləli cisimlər məkan və zamanı əyir, həmçinin, işıq sürətinə yaxın sürətlə hərəkət edən obyektlərdə zaman yavaşıyır. Belə ki, kosmik fəzada bir neçə hissəciyin uçub-gəlməsi bizdən ötrü min il çəkəcək. Hissəciklərin özü üçün isə bu, sadəcə, bir neçə dəqiqədir.

Məkan və zaman təhriflərinə qravitasiya səbəb olur: iri cisimlər ətrafında cisimlər əyilmiş trayektoriyalarla hərəkət edir. Əyilmiş məkan və zaman fərqləri kəsişə və onunla hərəkət edən özündən asılı olmayaraq öz keçmişi ilə görüşə bilər. Zaman boyunca səyahət ideyası insan zəkasını çoxdan məşğul edir. Bu mövzuda yetərincə elmi-fantastik ədəbiyyatlar yazılıb. Ancaq bu günə kimi hələ də bəlli deyil ki, gerçək həyatda zaman boyunca səyahətin reallaşdırılması mümkündürmü? Yoxsa bu yalnız nəzəri ehtimaldır?

Çünki indiyə kimi heç kim zaman boyunca səyahətin qeyri-mümkünlüyünü sübut etməyib. Özü də bu müddət ərzində zaman boyunca hərəkətin texniki əsaslandırması da peyda olub. Hər halda, insanın nə vaxtsa keçmişə qayıtmasının və ya gələcəyi görməsinin mümkün olacağına potensial ümid hələ də var.

XEBERLER.AZ/Ellada
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar