Fontu böyüt:
Twitter sosial şəbəkəsi təhqirə məruz qalan istifadəçilər üçün yeni şikayət sistemi yaradıb.
Twitter əsasən qadın istifadəçilərə
qarşı təhqirin aradan qaldırılması üçün xüsusi sistem yaratdığını açıqlayıb.
Sosial şəbəkə bu qərarı "Women Action and the Media (wam)" qeyri-hökumət
təşkilatı ilə birgə qəbul edib.
Twitter yaratdığı tətbiqetmə sayəsində
sosial şəbəkədə irqçiliyin, cinsi ayrı-seçkiliyin və qadınlara qarşı olan təhqirin
azalacağını deyib. İstifadəçilər şikayətlərini WAM təşkilatına çatdıra biləcəklər.
Sosial şəbəkə isə daha sonra bu şikayətlərin araşdırılmasını təmin edəcək. Təhqirə
yol verən istifadəçini sosial şəbəkə cəzalandıracaq. Son zamanlar qadın istifadəçilərə
qarşı olan təhqirlərin artıdğını qeyd edən Twitter rəsmiləri QHT-lərin
onların hər bir addımına dəstək verəcəyini açıqlayıb.
Mənbə: bizimyol.info