Rusiya təhsilində internet vərdişlərinin öyrədilməsi üçün kiçik yaşlardan dərslər keçirilir. Informatika 7-8 yaşından başlayaraq bütün təhsil alanlar üçün vacibdir.
Rusiya internetdən istifadəyə görə Avropada 4-cü yeri tutur. Avropa ölkələri arasında internet istifadəçilərinin sayına görə Rusiyanı yalnız Almaniya, Böyük Britaniya və Fransa qabaqlayıb. Rusiyada hər bir insan internetdə orta hesabla ayda 15 saat vaxt keçirir. Hal-hazırda internet Rusiyanın orta və ali məkətblərdə dərs proseslərinin əksəriyyətinin ayrılmaz hissəsidir. Ali təhsil müəssisələrində ümumdünya hörümçək torunda işləmək üçün xüsusi leksiyalar oxunulur və praktiki məşğələlər keçirilir. Elektron kitabxanalar, arxivlər yaradılır.
“Distansiyalı təhsil” adlı sistem də yaradılıb. Müxtəlif yaşlı şagirdlər internet vasitəsilə fərqli fənlərdən test yoxlanışından keçirlər. Bu sistem insanlara əsas fəaliyyətləri ilə paralel olaraq daha yüksək təhsil almağa şərait yaradır, Rusiya vətəndaşlarının xaricdə təhsil almaq, elmi dərəcələrini artırmaq imkanlarını genişləndirir. Belə sistemdə təhsil almağı beynəlxalq cəmiyyət də qəbul edir.
Rusiya təhsilində internet vərdişlərinin öyrədilməsi üçün kiçik yaşlardan dərslər keçirilir. Informatika 7-8 yaşından başlayaraq bütün təhsil alanlar üçün vacibdir. Orta və ali məkətblər öz saytlarını və internet vəsaitlərini yaradırlar. Həmçinin müəllimlər də kompüter siniflərində təzədən hazırlıq keçirlər.
Buna baxmayaraq internetlə təhsilə müxtəlif baxışlar mövcuddur. Müəllimlərin çoxu internet və onunla bağlı olan şeylərin əleyhinə çıxırlar, elektron kitabların oxunulmasına, internetdən köçürülən referat ve kurs işlərinə qarşıdırlar.
İnternet, elektron poçt, çap materiallarının CD-Rom-larla göndərilməsi, telefon və internet vasitəsilə konfranslar, virtual otaqlar, virtual kitabxanalar, faksimil əlaqə, üzbəüz kontakt vaxtının müəyyənləşdirilməsi və s.Rusiya təhsilinin müasir və ayrılmaz yenilikləridir.
xeberler.az/Kamilla