Fontu böyüt:
Gələn ilin əvvəlində Azərbaycan operatorları tərəfindən göstərilən rouminq tariflərinin aşağı salınması gözlənilir.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ə.Abbasov Regional Rabitə Birliyinin Bakıda keçirilən son toplantısında bununla bağlı qərar qəbul olunduğunu bildirib.
«Bütün region ölkələrinin müvafiq strukturlarının adminstrasiya rəhbərləri və nazirləri son Bakı görüşündə öhdəlik götürüblər. Razılaşmaya əsasən, hər bir qurum öz ölkəsində beynəlxalq və müvafiq mobil operatorlar ilə qanun çərçivəsində rouminq xidmətləri üzrə qiymətlərin aşağı salınması üçün sərt danışıqlar aparacaq», - deyə nazir vurğulayıb.
Ə.Abbasov artıq Azərbaycan tərəfinin bununla bağlı işlərə başladığını da qeyd edib.