İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Niyə xaricdən Azercell nömrələrinə düşmək olmur?

27.12.2008 [16:03]

Fontu böyüt:      

«İnternyus-Azərbaycan» İctimai Birliyinin əməkdaşları xaricdə ezamiyyətdə olarkən «Azercell» abonentləri ilə rabitə yaratmaqda çətinlik çəkdiklərini söyləyirlər.


  Almaniyada yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəyli bildirib ki, xaricdən ölkənin «Azercell» abonentlərinə zəng vurmaq mümkün deyil: «Azercell» nömrələrinə zəng vurduqda dəqiqələrlə çağrı eşidilir, amma cavab verən olmur. Sonradan bilirsən ki, çağrı səsi yanlışmış, əslində aranan şəxsə zəng getməyib. Belə zənglər zamanı pulun getdiyi göstərilir, ödəmə var, amma danışmaq mümkün deyil. «Bakcell» abonentləri ilə əlaqə yaradanda belə problem yaranmır».

  Eyni problemlə rouminqdə olan abonentlərin də qarşılaşdığı bildirilir. «İnternyus-Azərbaycan» İctimai Birliyinin əməkdaşları xaricdə ezamiyyətdə olarkən «Azercell» abonentləri ilə rabitə yaratmaqda çətinlik çəkdiklərini söyləyirlər.

  «Azercell-Telekom» Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti rəhbəri Rüfət Abbasov «Media forum» saytına açıqlamasında bildirib ki, bu məsələ dəfələrlə qaldırılıb: «Bir müddət əvvəl də abonentlər belə şikayətlə müraciət etmişdilər. O zaman məsələyə aydınlıq gətirmişdik, indi də bildirmək istəyirik ki, Azərbaycana gələn və Azərbaycandan gedən zənglər   «Aztelekom» İstehsalat Birliyinə məxsus xətlər üzərindən olur. Biz xariclə birbaşa əlaqəni istehsalat birliyinin xidmətlərindən yararlanmaqla yaradırıq».

  R.Abbasov problemlə bağlı «Aztelekom»a dəfələrlə müraciət etdiklərini bildirib.
«Aztelekom» İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev «Media forum»a açıqlamasında belə problemə əvvəllər daha tez-tez rast gəlindiyini vurğulayıb: «İndi belə şikayətlərin sayı azalıb. Biz «Aztelekom» üzərindən dünyanın istənilən nöqtəsilə təşkil olunan beynəlxalq rabitənin keyfiyyətli olmasına təminat veririk. Dəfələrlə «Azercell» rəsmilərinin nəzərinə çatdırılıb ki, problemi Azərbaycanda deyil, rouminq müqaviləsi bağladıqları operatorlarla birlikdə araşdırsınlar».

  Z.Vəliyevin sözlərinə görə, «Aztelekom» beynəlxalq kanalların texniki vəziyyətinə cavabdehdir və beynəlxalq istiqamətlərdə keyfiyyətli rabitənin təminatçısıdır. Məsələn, Moskvaya, Frankfurta, Londona kimi... Rouminq kanalları ilə təşkil olunan rabitəyə birbaşa mobil operatorların özləri cavabdehdir. Özü də rouminqlə bağlı problemlər nədənsə «Azercell» MMC-də olur. Digər operatorların belə bir problemi yoxdur».

  Texniki direktor «Azercell»in üç rouminq-data kanal - Türkiyə, Almaniya və İsveçrə kanalları üzərindən rouminq xidməti həyata keçirdiyini bildirib: «Azercell» özü bu kanallarda hər hansı bir problemin olub-olmadığını vaxtlı-vaxtında yoxlamalıdır. Çünki rabitənin keyfiyyətinə onlar cavab verirlər. Bu kanalların köməyi ilə «Azercell» Məhdud Məsuliyyətli Cəmiyyət dünyanın əksər ölkələri ilə rouminq mübadiləsi yaradırlar».express.com.az

 

xeberler.az/Ellada

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar