Fontu böyüt:
Google və Virgin şirkətləri Amerikanın təyyarə sərnişinlərinə ödənişsiz İnternet təmin edəcəyini açıqlayıb. Noyabrın 10-dan başlayaraq Amerikanın bütün uçuşlarına ödənişsiz internet veriləcək. Bu tətbiq 2010-cu ilin yanvarın 15-dək davam edəcək.
Mobil xidmət təmin edicisi ilə razılaşan Google, internetə daxilolmağı Aircell-in Gogo Flight İnternet tətbiqi ilə edəcək. Virgin America-nın bir xüsusiyyəti də odur ki, İnternetə hər hansı bir filtrləmə əməliyyatı qoymur. Burada iştirak edən tək məhdudlaşdırma VoIP tətbiqlərinin işlədilməməsidir.
Gogo Flight İnternet, mobil xidmət təmin edicisinin yerüstündəki antenalarıyla xəbərləşir. Təyyarənin altında olan alıcı bu antenalardan siqnalları alır. Siqnallar təyyarənin içində olan kabelsiz şəbəkə keçidinə köçürülür. Təyyarənin içindəki sərnişinlər kabelsiz xəbərləşmə texnologiyası sayəsində, bu şəbəkə keçidinə bağlanıb İnternetə girə bilirlər.