21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi yeni mövsümdən bir sıra provayderlər ADSL qiymətlərində endirim etdikləri barədə məlumat yayıblar.
xeberler.az-a daxil olan məlumata əsasən qiymət endirimi edən provayderlər arasında dövlət provayderi, internet bazarında 20% payı olan Bakinternetin də adı var. Lakin provayderin rəsmi internet səhifəsində bu haqda heç bir informasiyaya rast gəlmədik. Məlumatı dəqiqləşdirmək üçün Bakinternetin internet xidmətləri şöbəsinin rəisi Müşfiq Sadiqova müraciət etdik. O, xeberler.az-a açıqlamasında bildirdi ki, ADSL qiymətlərinin endirimi ilə əlaqədar qurumda müvafiq müzakirələr aparılıb : " Qiymət endirimi ilə bağlı müzakirələr aparmışıq. Məsələ ilə əlaqədar təkliflər paketi hazırlanıb. Konkret olaraq hansı tarixdən bu təkliflərin qüvvəyə minəcəyi məlum deyil. Lakin həmin vaxtın sentyabrın sonlarından gec olmayacağı dəqiqdir"
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev isə bildirdi ki, bu məsələni Bakinternet tək başına həll edə bilməz. Bunun üçün digər provayderlə də müzakirələr aparılmalı və ortaq məxrəcə gəlinməlidir. ""Biz öz başına deyilik ki?! Digər provayderlər ADSL qiymətlərində endirim etsə, təbii ki, Bakinternet də bu prosesdən kənarda qalmayacaq. Çox güman ki, sentyabr ayının ortalarına qədər bu məsələ öz həllini tapacaq" -deyə direktor müavini əlavə etdi.
Qeyd edək ki, 2 ay öncə ölkənin əsas provayderi olan «Delta Telecom» provayderlərə satılan internet qiymətlərində 40% endirim etdiyini bəyan etmişdi. Bu endirimdən sonra Azərbaycan İnternet Forumunun bu endirimlə bağlı apardığı monitorinqin nəticələrinə görə isə 2-ci səviyyəli provayderlərinin internet qiymətlərində indiyədək heç bir endirim etmədiyi üzə çıxmışdı.
xeberler.az/Ellada