Bu təhlükə sistemi formatlasanız da varlığını davam etdirir.
Sistemimizə bir virus düşəndə ilk etdiyimiz şey anti virus proqramlarına müraciət etməkdir. Amma özünü əməliyyat sistemindən belə saxlayan rootkit virusları üçün bu çox ciddi bir problem deyil. Bir çox istifadəçi üçün bir sonrakı addım,problemi kökündən həll etmək, yəni sabit diskləri yenidən formatlamaqdır.Lakin bu yeni rootkit virusuna format belə təsir etmir.Çünki bu virus varlığını sabit diskdə deyil, BIOS-da saxlayır. Nəysə ki bu virus bir hackerin əllərindən deyil, təhlükəsizlik mövzusunda fəaliyyət göstərən araşdırmaçıların əllərindən, təhlükəni göstərə bilmək üçün meydana çıxıb.
Əslində araşdırmaçılar son illərdə BIOS-a düşən rootkit viruslarının varlığından xəbərdar idi və bu mövzuda işlərini davam etdirirdilər,lakin BIOSdakı rootkit viruslarının təhlükəsi çox ciddiyə alınmamışdı. Çünki daha əvvəlki işlərdə yalnız müəyyən xüsusiyyətlərə sahib BIOSlardə bu təhdidin varlığı qəbul edilirdi. Son araşdırma isə istifadə edilən əməliyyat sistemindən müstəqil olaraq çalışa bilən virusun, BIOS xüsusiyyətlərindən də müstəqil bir şəkildə varlığını davam etdirə biləcəyini ortaya çıxardı.
CanSecWest Təhlükəsizlik Konfransında tanıdılan bu virus ilə araşdırmaçılar gün keçdikcə daha hiyləgər və daha təhlükəli virusların ortaya çıxdığını bir dəfə daha isbat etmiş oldular.xeberler.az/Saima