Fontu böyüt:
Flurry araşdırma mərkəzi məlumatına əsasən 25-31 dekabr tarixləri arasında dünyanın hər tərərfindən olan mobil telefon istifadəçiləri İOS və Androidlər üçün 1,2 milyarddan çox proqram yükləyiblər. 242 milyon yükləmə 25 dekabr- Katolik bayramına təsadüf edib.
Demək olar ki, yükləmələrin yarısı- 509 milyon ABŞ-dan həyata keçirilib. İkinci yeri 99 milyon ilə Çin, üçüncü yeri isə 81 milyonla Böyük Britaniya tutur. Rusiya bu siyahıda yalnız on üçüncü yerlə kifayətlənib, onun payı təxminən 15 milyon yükləmə təşkil edir. Flurry qeyd edir ki, son həftədəki aktivlik normaldakından 60 faiz çox olub. Belə ki, dekabrın əvvəlində orta hesabla 0,75 million proqram yüklənilib.