Fontu böyüt:
Cib telefonu fakturaları dünya səviyyəsində əhəmiyyətli mövzulardan biridir. Ən çox faydalandığımız texnologiya olan cib telefonlarının zərərlərini bilə-bilə istifadə edirik. Cib telefonlarla bağlı ən böyük arzumuz isə ucuz qiymətə daha çox danışmaqdır.
Bunu nəzərə alan Alcaten- Lucent Şirkəti belə bir üsul işləyib hazırlayıb. Şirkət pulu istifadəçilərdən deyil, reklamvərənlərdən qazanmağı planlaşdırır.
Alcaten- Lucent alman istifadəçilərindən cib telefonlarına reklam istəyib istəmədiklərini soruşur. Fərdi seçmə qaydası ilə cib telefonu istifadəçiləri maraqlandıqları sahələri qeyd edərək bu mövzularda reklam mesajları alırlar.
Endirimlər, fürsətlər, marağa səbəb olan və pul xərclədən reklamları qəbul etdiklərində isə daha ucuza danışırlar. Bununla da şirkət həm reklamdan gəlir götürür, həm də müştəriləri üçün rahat bir mühit yaradır. Bir sözlə,həm qazanır, həm də qazandırır.