İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

AİF Delta Telekom şirkətinin rəhbərliyinə müraciət edib.

12.10.2012 [11:13]

Fontu böyüt:      

Xəbər verildiyi kimi ölkədə 2-ci bakbone Provayderi fəaliyyətə başlayandan sonra Milli operator olan Delta Telekom şirkəti kommersiya məqsədləri baxımından bu xidmətin onlayn fəaliyyətini dayandırıb. Eyni zamanda
Müraciətdə Delta Telekom şirkətinin Provayderlərə satdığı İnternet trafikin hər an dəyişilməsini onlayn olaraq izləməyə imkan verən xidmətin aktivləşdirilməsi xahiş olunub.

Xəbər verildiyi kimi ölkədə 2-ci bakbone Provayderi fəaliyyətə başlayandan sonra Milli operator olan Delta Telekom şirkəti kommersiya məqsədləri baxımından bu xidmətin onlayn fəaliyyətini dayandırıb. Eyni zamanda hər bir Provayderin ATS-in imkanlarından istifadə etməklə İnternetə qoşulan müştərilərinin sayının açıqlanması ilə bağlı AİF-in bir müddət əvvəlki Müraciəti RİTN tərəfindən təmin olunmayıb və keyfiyyətə nəzarətlə bağlı alternativlər təqdim edilməyib.

AİF-in Delta Telekom şirkətinə Müraciətində qeyd olunur ki, bütün bunların nəticəsi olaraq son mənzillərə təklif olunan İnternet xidmətinin keyfiyyəti aşağı düşməkdə davam edir. İctimai nəzarət imkanlarının və dövlət nəzarətinin yetərli olmadığı şəraitdə xidmətin keyfiyyət səviyyəsi daha pis vəziyyətə çatıb. İstifadəçilər Müqavilədə nəzərdə tutulan sürəti əldə edə bilmirlər.

Müraciətdə qeyd olunub ki, istifadəçilərin “çəkidə aldadılmasının” bir səbəbi infrastruktur problemləri ilə bağlıdırsa, eyni zamanda və əsasən də Provayderlərin məsuliyyətsizliyi ilə bağlıdır. Əksər Provayderlər aldıqları az trafiki daha çox müştərilər arasında bölməyə çalışırlar ki, nəticədə də son istifadəçi keyfiyyətsiz İnternet əldə edir.

AİF-in Müraciətində bildirilib ki, Delta Telekom tərəfindən Provayderlərə satılan İnternet trafikin açıqlanması nəinki ictimai nəzarət imkanlarını genişləndirir, həmçinin dövlət qurumlarının da daha effektiv nəzarətinə imkan yaradır.

Müraciətdə qeyd olunub ki, Delta Telekom tərəfindən bu addımın atılması sonda ölkədə İnternetin keyfiyyətinin yüksəlməsinə, şəffaf  İnternet bazarının formalaşmasına, sərbəst və azad rəqabətin güclənməsinə və Provayderlərin məsuliyyətinin artmasına gətirib çıxaracaq.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar