Fontu böyüt:
Rusiyanın Rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikifirov “Rusiya internetinin xarici təsirdən qorunması” planının olduğunu təsdiqləyib.
Nazir planın məzmununu açıqlamasa
da, bir sıra mənbələr bunu oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasında keçirdiyi iclasla əlaqələndirirlər.
Bu iclasda qlobal şəbəkəni idarə edən ümumdünya qurumlarının interneti kəsdiyi
halda Rusiyada internetin avtonom rejimdə işləməsi üçün infrastrukturun
yaradılması haqda qərar qəbul olunub.
Bu plana görə 3 əsas iş görülməlidir.
Birincisi, əsaslı DNS serverlərin
yaradılmasıdır. Hazırda dünyada ABŞ-ın nəzarətində olan ICANN (Internet
Corporation for Assigned Names and Numbers ) korporasiyasına məxsus 13 belə
server var. Bu serverlər istifadəçini lazım ünvana yönləndirir. Əgər ICANN Rusiya
saytlarını ünvanlarını kəsməyə qarar versə, ölkə internetsiz qala bilər.
Ikincisi, Rusiyanın milli istiqamətli-ünvan
informasiya sisteminin qurulmasıdır. Bu sistem internet birləşməsini lazım olan
yerə istiqamətləndirir. Hazırda bu prosesi iki - Amsterdamda yerləşən beynəlxalq
qurum RIPE NCC və ICANN-ın nəzarətində olan ABŞ təşkilatı IANA (Internet
Assigned Numbers Authority) tənzimləyir.
Üçüncüsü, Rusiya internetinin normal
fəaliyyət göstərdiyi monitorinq edən milli qurumların yaradılmasıdır.
Bu məsələlərin “Vosxod” elmi tədqiqat
institutuna tapşırılacağı gözlənilir.
Mənbə: lenta.ru