Fontu böyüt:
Azərbaycan dilində olan yeni klaviatura düzülüşü “Windows” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib.
“Microsoft Azerbaijan” şirkətindən verilən məlumata əsasən, təkmilləşdirilmiş yeni klaviatura düzülüşünü Azərbaycan Milli Elmlər Akademiyası təklif edib, hazırlayıb və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi onu yeni milli standart kimi qəbul edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yeni klaviatura düzülüşünü “Microsoft Azerbaijan” şirkəti “Windows 8.1” Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edib ki. İstifadəçilər istəyə uyğun olaraq, həm yeni, həm də bundan öncəki klaviatura düzəlişindən yararlana bilərlər.
Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.
(ictnews.az)