2013-cü ilin ilk iki ayının yekunları Windows 8 əməliyyat sisteminin kompüterlərdə quraşdırılmasında artımın müşahidə olunmasını göstərib.
2013-cü ilin ilk iki ayının yekunları Windows 8 əməliyyat sisteminin kompüterlərdə quraşdırılmasında artımın müşahidə olunmasını göstərib.
Net Applications statistik xidmətinin məlumatına görə, əməliyyat sisteminin fevralda payı 2,79 faiz təşkil edib ki, bu da bir ay əvvəldən 0,43 faiz çoxdur. Buna baxmayaraq, inkişaf dinamikası Microsoft korporasiyasının istədiyi yüksək səviyyədə deyil, DailyComm yazır.
Liderlik 44,55 faizlik göstərici ilə Windows 7-ə məxsus olmaqla ay ərzində payında 0,07 faizlik artım qeydə alınıb, halbuki yanvarda bu əməliyyat sistemi 0,63 faiz itirmişdi. Ekspertlər güman edirlər ki, platforma 45 faizlik həddi keçə bilməyəcək, hərçənd Windows 7 ilə işləyən kompüterlər hələ də bütün dünyada satılır.
Windows XP indiyədək dünya kompüterlərinin təxminən 39 faizində quraşdırılıb.
Ümumilikdə, dünya əməliyyat sistemləri bazarının 91,71 faizi Windows ailəsinin nəzarəti altındadır, OS X 7,17, Linux isə 1,21 faizlik paya sahibdir.