Fontu böyüt:
Oktyabrın 5-6-da Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda gənc alim və tələbələrin “Yer elmləri sahəsində tədqiqatların yeni istiqamətləri” mövzusunda III Beynəlxalq elmi konfransı keçiriləcək.
İnstitutun mətbuat katibi Səid Hüseynovun APA-ya verdiyi məlumata görə, tədbirdə Azərbaycandan əlavə ABŞ, Almaniya, Belarus, Polşa, Qazaxıstan, İran və Gürcüstandan olan 90 gənc alim və tələbənin iştirakı gözlənilir. Konfransın təşkilatçıları Geologiya İnstitutu, Azərbaycan Geoloqlarının Milli Komitəsi və Geologiya İnstitutunun Gənc Alimlər Şurasıdır.
BP-nin dəstəyi ilə keçiriləcək konfransda məqsəd yer elmlərinin müxtəlif istiqamətləri üzrə gənc alim və tələbələrin təcrübə mübadiləsini genişləndirmək, bilgilərini artırmaq, həmçinin yeni tədqiqat mövzuları, obyektləri seçməkdir.