Fontu böyüt:
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarında informasiya sistemlərinin təhlükəsizlik qaydalarını təsdiq edib.
Qaydaların mətni İcazələrin elektron informasiya portalında dərc edilibə
Qaydalara əsasən, informasiya sistemlərinə (İS) və informasiya texnologiyalarına (İT) qoyulan əsas tələb banklarda İS və İT-lə bağlı problemlərdən yaranan risklərin aktiv idarə edilməsi, fövqəladə hallarda İS-in müntəzəm fəaliyyəti prosedurlarının olması, İS və İT-in istifadə və idarə edilməsi ilə əlaqədar bank əməkdaşları arasında səlahiyyətlərin bölüşdürülməsi, banklarda sistem administratorlarının, təhlükəsizlik administratorlarının və s. təyin edilməsidir.
Bundan başqa, qaydalarda İS-dəki məlumatların çıxarılması, fövqəladə hallarda risklərin idarə edilməsi, informasiya təhlükəsizliyinə dair bölmələr mövcuddur.
İnformasiya təhlükəsizliyi haqqında bölmədə bankın serverlərinə, serverlərin yerləşdiyi otaqlara, istifadəçi və İS administratorlarının funksiyalarına, kriptoqrafik müdafiə sistemlərinin tətbiqinə dair tələblər yer alıb. (interfax)