Fontu böyüt:
May ayının sonunda Multimedia Mərkəzi Mətbuat Şurası ilə birgə “Yeni Medianın inkişaf perspektivləri” mövzusunda Konfrans keçirməyi nəzərdə tutub.
Konfransda əsasən İnternet medianın vəziyyəti, İnternet mediada ictimai infromasiyaların açıqlanması, İnternet media qurumlarına dövlət dəstəyi və reklam, sosial medianın vəziyyəti, sosial mediada və onlayn xəbər resurslarında monitorinqlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.
Hazırda Multimedia Mərkəzi tərəfindən İnternet media qurumlarının statusu, İnternet media qurumlarına dövlət dəstəyinin prinsiplərinin hazırlanması üzərində işlər aparılır.
Xəbər verildiyi kimi ötən illərdə Multimedia Mərkəzi tərəfindən Yeni Medianın ali təhsil müəssisələrində tədris vəziyyətinin yaxşılaşdırılması, yeni media kadrlarının peşəkarlığının artırılması ilə bağlı Layihələr həyata keçirilib. Mərkəz tərəfindən Universitetlərin, media qurumlarının və ekspertlərin yaxından iştirakı ilə Ali təhsil müəssisələri üçün Yeni Medianın tədris Proqramları və Modulları hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
Həmçinin Multimedia Mərkəzinin yaxından iştirakı ilə Yeni Medianın təlim platformasının hazırlanıb və hazırda bu Platforma Multimedia Mərkəzinin dəstəyi və rəhbərliyi altında davam etdirilir.
May ayında keçirilməsi nəzərdə tutulan Konfransın yekununda Yeni Medianın inkişafına dəstək istiqamətində Təkliflər paketinin hazırlanması da nəzərdə tutulur.