Fontu böyüt:
Microsoft və Alman Max Planck İnstitunun araşdırmaları facebook haqqında yeni bir iddianın ortaya çıxması ilə nəticələnib.
Araşdırmaya görə, Facebook, istifadəçilərin cinsi meyillərini istəmədən ortaya çıxardır. Bu iddianı aşkarlamaq üçün araşdırmacılar, 6 bir-birindən fərqli Facebook hesabı açaraq, cinsi seçim bölməsinə lezbiyan, eynicinsli və heteroseksual yazıblar.
Bundan sonra 6 istifadəçinin səhifəsində yayımlanan reklamlar, facebookun istəmədən də olsa insanların cinsi seçimlərini ortaya çıxartdığını təsdiqləyib. Belə ki, onların səhifəsində eynicinslilərə aid reklamların yayımlandığı ortaya çıxıb. Şirkət rəhbərliyi isə araşdırmanın nəticələri ilə bağlı heç bir açıqlama verməyib.