Fontu böyüt:
Saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında çox mükəmməl dizayn hazırlanıb.
Dövlət başçısnın rəsmi internet saytı – www.president.az yeni tərtibatda fəaliyyətə başlayıb. Sayta yeni funksional bölmələr əlavə edilib, ən son internet texnologiyalarından istifadə edilməklə mükəmməl dizayn hazırlanıb.
Saytın baş səhifəsində prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı ən son yenilikləri öyrənmək olar. Baş səhifədə edilən yenilik vasitəsilə prezidentin fəaliyyətini Twitter sosial şəbəkəsi ilə izləmək, YouTube internet video kanalı vasitəsi ilə bütün video xəbərlər və çıxışları izləmək olar. Vətəndaşlar saytdakı xüsusi bölməyə daxil olaraq ölkə başçısına elektron məktub yaza bilərlər.
Saytın hazırlanması zamanı uşaqlar da yaddan çıxarılmayıb. Belə ki, xüsusi olaraq Azərbaycan Respublikası Prezidentinin internet səhifəsinin uşaqlar üçün versiyası hazırlanıb. Saytda, eyni zamanda, zəif görən istifadəçilər üçün yazıların ölçülərinin dəyişdirilməsi funksiyası əlavə olunub.