Fontu böyüt:
Milli Televiziya və Radio Şurasının (MTRŞ) bugünkü iclasında “Avropa+” radiostansiyasının da fəaliyyəti barədə qərar qəbul edilib.
MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlər üçün keçirdiyi brifinqdə belə deyib. Onun sözlərinə görə, iki il əvvəl radioya lisenziya verilərkən verilişlərin dili və keyfiyyəti barədə çoxlu öhdəliklər götürülmüşdü. Ancaq “Avropa+” öhdəliklərin çoxunu yerinə yetirməyib. Bu səbəbdən də MTRŞ-nın qərarı ilə 2009-cu ilin yanvarından bu radionun yayımına qadağa qoyulub.
xeberler.az/Ellada