İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

"Milli klaviaturanı yalnız bir halda tənqid etmək olar. Niyə belə gec?" - Osman Gündüz

01.11.2013 [11:14]

Fontu böyüt:      

Son günlərdə qəbul edilən milli klaviatura ilə bağlı müzakirələr davam edir. Bəzi insanlar bunu yaxşı qarşılasa da, bir qismində bir sıra narahatlıqlara səbəb olub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeni klaviatura düzümünün heç bir təhlükəsi və ya maneçiliyi olmadığını bildirib. AİF-in prezidentinin fikirlərini təqdim edirik:

Son günlərdə qəbul edilən milli klaviatura ilə bağlı müzakirələr davam edir. Bəzi insanlar bunu yaxşı qarşılasa da, bir qismində bir sıra narahatlıqlara səbəb olub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz yeni klaviatura düzümünün heç bir təhlükəsi və ya maneçiliyi olmadığını bildirib. AİF-in prezidentinin fikirlərini təqdim edirik:

"Hazırda işlətdiyimiz klaviatura düzümü tam təsadüfi qaydada, heç bir müzakirə aparılmadan, elmi-məntiqi əsaslandırma olmadan qəbul edilib.  2001-ci ilə o zaman Prezident Aparatında işləyən , indiki Nazir müavini Elmir Vəlizadənin təşəbbüsü və təklifi əsasında Microsoft hazırda işlətdiyimiz bu düzümü qəbul edib və onun da əsasında Nazirlər Kabinetinin qərarı ilə ölkəmizin rəsmi klaviatura düzümü olaraq qəbul edilib.

2001-ci ildən sonra həm elmi, həm də ictimai müzakirələrdə bu qeyd olunan bu klaviatura düzülüşü ciddi tənqidlərə məruz qalıb və uzun – uzadı müzakirələr gedib. Elmi cəhətdən əsaslandırılmış əlavə klaviatura düzümünə də ehtiyac olduğu bildirilib. Zaman –zaman bu istiqamətlərdə təşəbbüslər olub, lakin müqavimətlər də yetərincə olub, qəbulu ləngidilib.

Elmi cəhətdən əsaslandırma nədir? Yeri gəlmişkən bildirim ki, mütəxəssislər əlifbamızda ən çox işlənən hərflər və hərf birləşmələri hansı olduğunu, hansı barmaqların altında bu cür hərflər və hərf birləşmələrinin necə yerləşmələrini hesablayıblar. Bunlar nəzərə alındıqdan sonra mətnlərin cəmi bir-iki barmaqla yığmaq mümkün olur və  nəticədə mətnin yığılma sürətinə ciddi artım olur. Mütəxəssislər bildirirlər ki,  hazırlanan yeni klaviatura düzümü hal-hazırda istifadə edilən "QWERTY" düzümü ilə müqayisədə mətnin 24,3% tez yığılmasını təmin edir.

Ehtimal etmək olar ki, kompüterlərdən yeni istifadəyə başlayanlar bu klaviatura düzümünə daha çox üstünlük verəcəklər. Ona görə də, alternativ olaraq belə bir düzümün də qəbul edilməsi və tətbiqinin hər hansı təhlükəsi və ya maneçiliyi yoxdur. 

İndiyədək Microsoft-un Əməliyyat Sistemində Azeri latin - la yanaşı Azeri Kiril də qalmaqdandır və güman ediəm ki, bu klaviatura düzümü məhz onun yerinə alternativ olaraq daxil edilib. Lakin bir daha deyirəm, burada hər hansı bir təhlükədən filan söhbət gedə bilməz. Bununla bağlı irəli sürülən fikirlər əgər hansısa elmi araşdırmaya və ya məntiqə söykənirsə müzakirə oluna bilər. Amma hələlik elmi araşdırma və məntiq bunu diktə edir.

Hazırda işlətdiyimiz klaviatura yalnız uzun müddətli vərdiş əsasında formalaşıb və biz ona vərdiş etmişik. Hazırda işlətdiyimiz bu düzümün ləğvindən isə ümumiyyətlə söhbət aparılması yolverilməzdir.

Fikrimcə indiki klaviatura düzümünün qəbulu yalnız bir halda tənqidə tab gətirə bilməz : Nə üçün belə gec  hazırlandı? Görəsən bu cür klaviatura düzümünü 12 il ləngitməyə dəyərdimi?Kim və ya kimlər zamanında buna maneçiliklər törədib ? Nə üçün zamanında müzakirələr təşkil edilməyib. İndi bunları düşünmək lazımdır."


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar