Fontu böyüt:
Xəbər verdiyimiz kimi, dünən axşam saat 22.30 -dan etibarən Bakinternet Provayderinin müştəriləri İnternetdən istifadə edə bilməyiblər. Mövzuyla bağlı Azərbaycan İnternet Forumun mövqeyini öyrəNdik.
Azərbaycan İnternet Forumundan XEBERLER.AZ portalına bildirildi ki, “Ölkənin internet bazarında ən böyük paya malik olan dövlət Provayderi tərəfindən istifadəçilərə qarşı bu cür məsuliyyətsiz və sayğısız münasibət göstərilməsi yolverilməzdir. Qabaqcadan xəbərdarlıq edilmədən aparılan işlər nəticəsində istehlakçıların hüquqları kobudcasına pozulub. Bakinternet rəhbərliyinin bu məsuliyyətsizliyi nəticəsində vətəndaşların normal informasiya münasibətləri pozulmuş, 10 minlərlə istifadəçi informasiya azadlığı hüququnu gerçəkləşdirə bilməmişdir”.
AİF bu dövlət provayderinin tabe olduğu RİTN-nin baş verən hadisəyə aydınlıq gətirməsini və rəsmi münasibət bildirməsini vacib hesab edir.