Tədbirdə Nokia, Microsoft, Beeline, Azerfon, Azercell, Timwe, General Mobile, Apple kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində çıxış edəcəklər
Hazırda bütün dünyada mobil texnologiyalara keçid prosesi sürətli şəkildə davam etməkdədir. Bu proses Azərbaycandan da yan keçmir. Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Belə addımlardan biri də cari ilin 6 aprel tarixində Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda həyata keçiriləcək konfransdır. Tədbir Azərbaycanın ilk mobil biznes portalı olan Mobiz.az-ın təşkilatçılığı ilə reallaşacaq.
"Azərbaycanda mobil biznes imkanları"adlı konfrans ölkədə mobil texnologiyalara keçid prosesinin daha sürətli və sistematik bir məcraya yönəlməsinə böyük imkanlar yaradacaq. Belə ki, konfransda nəinki Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda Gürcüstan, Türkiyə və digər ölkələrdən olan nümayəndələrin də iştirakı gözlənilir.
Təşkilat komitəsindən verilən məlumata əsasən, tədbirdə Nokia, Microsoft, Beeline, Azerfon, Azercell, Timwe, General Mobile, Apple kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində çıxış edəcəklər.
İlkin məlumatlara görə, tədbirə mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələri də qatılacaq.