Fontu böyüt:
Cari ilin sentyabr ayının 22-dən oktyabr ayının 1-dək İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) assambleyası keçiriləcəkdir. Tədbirdə Azərbaycanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Tədbir çərçivəsində Komitə sədrinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşü nəzərdə tutulub. Görüşdə patent sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi məsələləri, tədris mərkəzinin yaradılması, məlumat axtarışı sisteminin avtomatlasdırılması prosesinin sona catdırılması, baş direktorun yaxın zamanlarda Azərbaycana mümkün səfəri barədə muzakirələr aparılacaq.
Assambleya çərçivəsində dünyada bas verən qlobal hadisələr və bu hadisələrin tənzimlənməsində əqli mülkiyyətin rolu mövzusunda rəhbər şəxslərin konfransı da olacaq. Bununla yanaşı Mərkəzi Avropa və türkdilli dövlətlərin patent qurumlarının rəhbərləri ilə göruslər keçiriləcək və bu sahədə ölkələrarası əməkdaşlıq perspektivləri müzakirə olunacaq.