Fontu böyüt:
France Telecom, Telefonica və Vodafone şirkətlərinin rəhbərliyi altında Avropanın telekommunikasiya operatorlarından ibarət konsorsium iri internet-şirkətlərin onların şəbəkələrindən keçən trafikinə görə müəyyən ödənişin tutulması tələbi ilə çıxış edib.
Xeberler.az portalının Rabitə və İnformasiya nazirliyinin rəsmi internet səhfəsinə istinadən verdiyi xəbərə görə, konsorsium nümayəndələri bildirirlər ki, onlar məlumatların internetdə hərəkətinin idarə olunması rejimində dəyişiklik etmək niyyətindədir. Avropa operatorları şəbəkələrində olduqca iri həcmli məlumatların emal olunduğundan narazıdır. Bu zaman, həmin məlumatların əksər hissəsi operatorlara deyil, Google, YouTube və digər Amerika internet-şirkətlərinə aid olur.
Elə də birmənalı olmayan təklifləri çərçivəsində şirkətlər ilk növbədə YouTube kimi videoservislərdən, eləcə də iTunes kimi axın yayımı servislərindən və nəhəng trafik həcmlərini generasiya edən sosial şəbəkələrdən müəyyən ödənişin tutulmasını tələb edirlər.
Bu addım, sonuncu internet-şirkətlər üçün əlavə xərclərlə nəticələnək, onlar isə öz növbəsində həmin xərcləri öz abunəçilərinin hesabına ödəməyə cəhd edəcəklər. Konsorsium nümayəndələrinin sözlərinə görə, onlar həmçinin internet-trafik sistemində öz istifadəçiləri üçün dəyişikliklər etməyə hazırdır, xüsusən də iri həcmli video istifadə edən və multimedia-trafiklərini generasiya edənlər üçün.
Həmçinin şirkətlər bəyan edirlər ki, onların təqdim etdiyi üsul hüquq müdafiəçilərinin keşiyində durduğu şəbəkə neytrallığı ideyasına da müsbət təsir göstərəcək. Belə vəziyyətdə internetdə bütün servislər eyni sürətdə və keyfiyyətdə əlçatan olmalıdır.
Mütəxəssislərin fikrincə, ödəniş sistemi faktiki olaraq rabitə operatorları arasında pirinq (internet-operatorlar arasında şəbəkələrarası trafik mübadiləsinə dair razılaşma) sistemini də dəyişdirə bilər. Bu cür razılaşma çərçivəsində tərəfdaş operatorlar bir-birlərinin trafiklərini tam ödənişsiz və ya xüsusi tariflər üzrə keçirir.