Fontu böyüt:
Xəbərlər.az portalının verdiyi xəbərə görə, iPhone 4 dən sonra Apple şirkəti iPhone 5-i hazırlamağa başlayıb.
CultofMac dən verilən açıqlamaya görə, yeni iPhone yeni pulqabı rolunda çıxış edəcək. Mobil telefon vasitəsi ilə ödəniş etməyimizə şərait yaradacaq texnologiya Near Field Communication” adlanır. Qısaca NFC olaraq adlandırılan sistem qısa məsafələrdə radio bağlantıdan istifadə edərək bu texnologiyanı dəstəkləyən cihazlarla ödəmə həyata keçirməyimizə imkan yaradır. Apple şirkəti artıq bu texnologiyanı iPhone 5-də tədbiq etmək üçün yeni mühəndislərin axtarışına başlayıb